Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ABŞ-ın Azərbaycandakı səfiri Paşinyanın bəyanatına münasibət bildirib

ABŞ-ın Azərbaycandakı səfiri Paşinyanın bəyanatına münasibət bildirib

“Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq”.

APA-nın xəbərinə görə, bunu açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində keçirilən “Ümumerməni oyunları” tədbirində dediyi “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” bəyanatına münasibət bildirərkən deyib.

“Biz tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirik, ümid edirəm ki, bu, sentyabrda baş tutacaq. Bu, dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq”, – deyə səfir qeyd edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …