Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / ABŞ dövlət katibi:“Dağlıq Qarabağla bağlı danışıqları bərpa etməyə təkidlə çağırırıq”

ABŞ dövlət katibi:“Dağlıq Qarabağla bağlı danışıqları bərpa etməyə təkidlə çağırırıq”

“ABŞ hökuməti və Amerika xalqının adından Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik etməyə şadam”.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə,  bu barədə dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, 2018-ci ildə müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan,  ilk dəfə olaraq qadınlara bərabər siyasi hüquqların verilməsini təmin edən Azərbaycan Demokratik Respublikasının yaranmasından 100 il ötür.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ABŞ-ındəyərli tərəfdaşı olubUzunmüddətli əməkdaşlığımızın davam etdirilməsi, təhlükəsizlik, energetika və demokratik idarəçilik sahələrində əməkdaşlığımızın dərinləşdirilməsini, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunun tapılmasına sadiq qalırıq və tərəfləri intensiv danışıqları tezliklə bərpa etməyə təkidlə çağırırıq”, bəyanatda deyilir.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …