Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycandadır

ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycandadır

Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

ABŞ səfirliyindən verilən xəbərə görə, o, Bakıda olarkən səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək. 

Mark Kemeron həm Gürcüstanda, həm də Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

“O, öz görüşlərində qeyd edəcək ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. O, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq”, – məlumatda deyilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …