Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamenti atəşkəsi alqışlayır

ABŞ Dövlət Departamenti atəşkəsi alqışlayır

ABŞ administrasiyası Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların sona çatdığını görməkdən məmnun olacaq, lakin Rusiyanın fəal diplomatik səyləri nəticəsində bu məqamda əldə olunan yeni razılaşmalara hələ münasibət bildirməyib.

TASS xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi öz açıqlamasında bildirib.

“Zorakılığın sona çatdığını görməkdən məmnun qalsaq da, hələ mövcud atəşkəsin və ya sonrakı addımların konkret təfərrüatları barədə açıqlama verə bilmərik. Tərəflərin yeni razılaşmaları necə qəbul etdikləri ilə bağlı hər hansı bir sual onların özlərinə verilməlidir”, – deyə ABŞ-ın xarici siyasət idarəsinin xanım rəsmisi qeyd edib.

“Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması barədə məlumatlıyıq və biz bu yeni müqavilənin yekun formanı özündə nə dərəcədə əks etdirməsi qədər onun həyata keçirilməsinin təfərrüatları və planları haqqında da daha çox məlumat əldə etməkdə maraqlıyıq”, – amerikalı diplomat belə deyib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …