Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / ABŞ-dan Ermənistana “xilas kəməri” – Vaşinqton tərəfləri barışdırmaq istəyir

ABŞ-dan Ermənistana “xilas kəməri” – Vaşinqton tərəfləri barışdırmaq istəyir

Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanı zorakı üsullarla hakimiyyətdən devirmək imkanları aybaay azalır. Bunun əsas səbəbi cəmiyyətin radikal qüvvələrə qarşı apatiyası ilə bağlıdırsa, digər mühüm səbəb ictimai reytinqi hələ də müxalifətdən üstün olan Paşinyanın siyasi opponentlərə qarşı kifayət qədər çevik və effektli kontur-tədbirlər görmək qabiliyyətidir. Başqa vazkeçilməz səbəblər də var. Bu haqda aşağıda.

Diqqətçəkicidir ki, getdikcə özünü daha inamlı hiss edən baş nazir hakimiyyəti zorakı yollarla qəsb eləməyə çalışan müxalif liderlərin cinayət təqibini gücləndirib. Onlara qarşı bir-bir cinayət işi açılmaqdadır. Müxalifətin vahid namizədi, vaxtaşırı iqtidarı zorla yıxmağa çağıran Vazgen Manukyana da sıra çatıb.

***** 

“Müxalifətin mübarizəsində məqsəd dövlətçiliyin qırıntılarını qorumaqdır. Nikolun mübarizəsinin məqsədi isə öz hakimiyyətini qorumaqdır. Yanaşmalardakı fərq budur: Nikol üçün hər şeyi məhv etmək, müxalifət üçün isə daha çox şeyi məhv olmaqdan qurtarmaq vacibdir. Amma bəla ondadır ki, biz dövlət institutlarını məhv olmaqdan qurtarmaqla dağılmanın qarşısını almırıq, sadəcə, bu prosesi ləngidirik”.

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sərkisyanın kürəkəni Mikael Minasyan öz facebook səhifəsində yazıb.

Ancaq Sərkisyanın kürəkəni əlbəttə ki, şişirdir, blef edir. Daha dəqiqi, Nikol Paşinyanı erməni xalqının bütün müsibətlərinin əsas baiskarı, “günah keçisi” kimi təqdim eləməklə mənsub olduğu keçmiş hakimiyyəti “süddən çıxmış ağ qaşıq” qismində vəsf eləməyə çalışır. Yəni sırf PR məsələsi. Halbuki artıq erməni cəmiyyəti də bilir ki, 44 günlük müharibədə ağır kapitulyasiyaya görə Sərkisyan-Köçəryan iqtidarı, Qarabağ klanı əsla mövcud iqtidardan az məsuliyyət daşımır. Bu haqda zaman-zaman dəlil-sübutlarla yazmışıq.

Əslinə qalsa, Ermənistanı səmimi şəkildə böhrandan xilas eləməyə çalışan az-çox yenə Paşinyandır. Əksinə, məhz revanşist müxalifət neçə vaxtdır kritik vəziyyətdən istifadə edib və erməni xalqının “saqqızını” oğurlayıb hakimiyyətə gəlməyə can atır. Özü də seçkisiz-filansız.

Armenians protest Nagorno-Karabakh truce terms for a 3rd day

Təsadüfi deyil ki, ötən həftə İrəvandakı mitinqdə Paşinyanın kompromis kimi erkən seçkilərə hazır olmaq barədə növbəti bəyanatı siyasi opponentlər düşərgəsində yenə isti qarşılanmayıb. Çünki Qarabağ klanının odioz simaları da daxil, müxalifət liderləri seçkilərdə qələbə şansının olmadıığını yaxşı bilirlər. Odur ki, antikonstitusion üsullarla, hətta fiziki terror yolu ilə iqtidarı ələ keçirmək istəyirlər.

Qarabağ klanı Paşinyanı devirməyə and içdi - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Lakin müxalifət üçün bu yöndə bir əngəl Nikol Paşinyanın üstün reytinqidirsə, başqa daha güclü maneə xarici amildir. Məsələ ondadır ki, Qərb dövlətləri, özəlliklə ABŞ Ermənistanda hakimiyyətin zorla dəyişdirilməsinin qeyr-məqbul olduğunu açıq mətnlə ifadə edib. Hətta strateji müttəfiq Rusiya da baş verənlərin Ermənistanın daxili işi olduğunu bəyan eləməklə yanaşı, proseslərin konstitusiya çərçivəsində getməli olduğunu bildirib.

Bütün bunlar isə müxalifət üçün kifayət qədər çəkindirici faktorlardır, onun addımlarını proqnoza yatımlı eləməklə konkret hüquq çərçivəsinə salır və siyasi opponentləri Nikol Paşinyanın seçki təklifinə daha rasional baxmaq zorunda qoyur.   

*****

Maraqlıdır ki, məhz bu arada ABŞ-ın yeni hökuməti Ermənistanın öz qonşuları Azərbaycan və Türkiyə ilə barışıq yolu tutması tərəfdarı kimi çıxış edib. Belə ki, Dövlət Departamentinin ABŞ və Ermənistan arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün 150 min dollar məbləğində qrant ayıracağı və həmin qrantın həm də İrəvanın Bakı və Ankara ilə barışığını ehtiva elədiyi məlum olub.

ABŞ Ermənistana 51,2 milyon dollarlıq hərbi yardım edib -

Mətndə xüsusi olaraq qeyd edilir ki, vəsait Vaşinqtonla İrəvan arasında “qarşılıqlı fəaliyyətin inkişafına” yardım edən layihələrin reallaşdırılmasına sərf olunacaq. Bununla bahəm, həmin pulla reallaşdırılan bütün proqramlar ya Amerikanın mədəni aspektini, ya da müəyyən sahədə ixtisaslaşmış amerikalı ekspertlərlə, təşkilat və qurumlarla əlaqəsini ehtiva etməlidir. “Bu cür yanaşma ABŞ-ın siyasət və baxışlarını daha dərindən başa düşməyə kömək edəcək”, – deyə qrantın mətnində bildirilir.

Dövlət Departamentində hesab edirlər ki, potensial qrant alanları Birləşmiş Ştatların və Ermənistanın ümumi dəyərlərinin təbliği, həmçinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə cəlb etmək mümkün olacaq. “Söhbət habelə ermənilərin Türkiyə və Azərbaycan sakinləri ilə dostluq münasibətlərinin bərpasından gedir” – sənəddə vurğulanır. Yəni ayrılan qrant Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrinin qurulmasına da stimul verməlidir.

*****

Rəsmi Vaşinqton, şübhəsiz, Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır. Çünki okeanın o tayında da dərk edirlər ki, məğlub Ermənistan bölgənin açar ölkəsi – qalib Azərbaycanla və regionun supergücü Türkiyə ilə normal münasibətlər yaratmadıqca onun Moskvadan asılılığı davam edəcək, eyni zamanda ölkənin iqtisadi dirçəlişi mümkün olmayacaq. Bu xüsusda Dövlət Departamentinin layihəsi xeyli dərəcədə “qərbçi” Nikol Paşinyanın işinə yarayır və radikal müxalifət qarşısında onun əlini gücləndirir.

Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük  verir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu arada qərbyönlü Gürcüstan da Bakı və İrəvan arasında dialoqun qurulması üçün platforma təklif edib. Ölkənin xarici işlər naziri David Zalkaliani Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, söhbət iqtisadiyyat, biznes, mədəniyyət sahələrində təmasların qurulması və xalqlar arasında dialoqdan gedir.

Prinsipcə, İrəvanla barışıq Bakı və Ankaranın strateji maraqlarına və hədəflərinə tam uyğundur. Ən əvvəl o səbəbə ki, o halda bölgədə yeni müharibə riski və Moskvanın regionu “separatçı kartı” ilə qarışdırmaq imkanları azalmış olacaq. Bundan əlavə, Ermənistan enində-sonunda bütün qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyini tanımaq zorunda qalacaq. Bununla o, özünün olan-qalan dövlətçiliyini də qoruyub saxlamış olacaq.

Ermənistan müxalifətinin hədəfi isə bütün bunların əksidir. ABŞ-da radikal müxalifətin niyyətini anlamaq üçün xüsusi “beyin mərkəzi” yaratmağa ehtiyac yox. Öz növbəsində müharibədən iflasla çıxan Ermənistanda Vaşinqtonun atdığı “xilas kəməri”ni nə qədər tez götürsələr, bir o qədər onun özü üçün yaxşı olar. Bunu biz demirik, dəmir məntiq deyir…

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …