Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ABŞ-dakı erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib – (VİDEO)

ABŞ-dakı erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib – (VİDEO)

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.
AzVision.az xəbər verir ki, dinləmələrin ardınca zaldakılar şərh və suallar verməyə dəvət olunublar.

Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri faktlara əsaslanan çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini haqsız olduğunu bildirib, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Suallardan yayınmağa çalışan senator E. Portantinoya erməni icmasının üzvləri dəstək verməyə çalışıblar.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …