Ana səhifə / Siyasət / ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmağaçağırır

ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmağaçağırır

Cümə axşamı Vaşinqton Ermənistanla Azərbaycanı Qarabağda vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa kanallardan istifadə etməyə çağırıb, Turan-ın Amerika müxbiri məlumat verib.

“ABŞ qaz təchizatındakı fasilələrdən və Azərbaycan qoşunlarının yerdəyişməsindən çox narahatdır”, – Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bölməsinin Tvitterdəki məlumatında deyilir.

Bundan öncə dövlət katibinin köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla söhbət edib.

Dövlət Departamenti zəngləri “vacib” kimi xarakterizə edib. Başqa təfərrüatlar açıqlanmayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …