Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Abid Şərifovun mərhum oğlunu bu şəxs əvəzlədi

Abid Şərifovun mərhum oğlunu bu şəxs əvəzlədi

Baş nazirin sabiq müavini Abid Şərifovun dünyasını dəyişən yeganə oğlu Elçin Şərifovun yerinə əvəzedici təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Abşeron filialının müdiri olan Elçin Şərifovun vəzifəsi müavininə tapşırılıb. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müvafiq əmri ilə Elçin Şərifovun vəzifəsi müvəqqəti olaraq bankın müdür müavini olan Gündüz Məmmədova həvalə olunub.

Qeyd edək ki, uzun müddət iflicdən əziyət çəkən Elçin Şərifov bu ilin mart ayının 28-də dünyasını dəyişib. Elçin Şərifov həm də keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …