Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Abid Şərifov generala görə ağladı – FOTO

Abid Şərifov generala görə ağladı – FOTO

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə ilə vida mərasimi keçirilib.
 
AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində baş nazirin müavini Abid Şərifov, Səbailin icra başçısı Eldar Əzizov və digər tanınmış şəxslər, dövlət rəsmiləri iştirak edib.
Generalın ölümündən təsirlənən Abid Şərifov göz yaşlarına hakim ola bilməyib. Eldar Əzizovla yanaşı əyləşən A.Şərifovun ağlaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, bundan öncə də A.Şərifov Soma faciəsi ilə bağlı çıxışında qəhərlənmişdi.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın