Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Abdullah Ağar: “Türkiyənin Əfqanıstanda təşəbbüskar mövqeyə sahib olmasını istəmədilər”

Abdullah Ağar: “Türkiyənin Əfqanıstanda təşəbbüskar mövqeyə sahib olmasını istəmədilər”

“Türkiyə hərbçiləri artıq Əfqanıstandan geri qayıdıb. Halbuki Türkiyə Əfqanıstanın yenidən inşasında və qeyri-sabitliyin aradan qaldırılmasında iştirak edə bilərdi”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında türkiyəli hərbi-siyasi ekspert Abdullah Ağar bildirib.

Onun sözlərinə görə, Türkiyə müttəfiqləri ilə müxtəlif səviyyəli danışıqlar apararaq razılaşmalar əldə edə, beləliklə də Əfqanıstana təzyiqləri azalda bilərdi: “Nəticə etibarilə deyə bilərəm ki, “Taliban” və onun təsir dairəsi Türkiyənin Əfqanıstanda siyasi, hərbi, mədəni, dini, demoqrafik, geopolitik və iqtisadi aspektlərdən təşəbbüskar mövqe sahibi olmasını istəmədi. Hesab edirəm ki, bunun ağır nəticələrinə yaxın zamanlarda şahid olacağıq”.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …