Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / ”Abbas müəllimin yanına mən gedəsi oldum…” – Sabiq rəis müavini 18 il öncə baş vermiş hadisəni xatırlayır

”Abbas müəllimin yanına mən gedəsi oldum…” – Sabiq rəis müavini 18 il öncə baş vermiş hadisəni xatırlayır

“Bizə məruzə edildi k, baş nazirin birinci müavini Abbas Abbasovun oğlu qərargaha gətirilib”

Sentyabrın 12-də saytımızda dərc olunmuş “18 il öncə aksiyada baş nazirin 1-ci müavini Abbas Abbasovun üç oğlu döyülübmüş” başlıqlı yazıya məqalədə adı çəkilən şəxsdən reaksiya gəlib. Suraxanı RPİ-nin sabiq rəis müavini , hazırda təqaüddə olan polis polkovniki, müharibə veteranı Bayram İsmayılov  Musavat.com saytının redaksiyasına məktub göndərərək hadisənin yazıda göstərildiyi kimi yox, xeyli fərqli planda baş verdiyini bildirib. 
B.İsmayılovun məktubu aşağıdakı kimidir:
“Sizin saytınızda yerləşdirilmiş 18 il öncə sabiq baş nazirin birinci müavini Abbas Abbasovun oğlunun keçirilən mitinq zamanı döyülməsi ilə əlaqədar məqaləni oxudum.
Yazılan məqalədə orada baş verənlər təhrif olunmuş formada verdiliyindən mən təkzib vermək qərarına gəldim.
Image result for Abbas Abbasov
Mən siyasətçi deyiləm, hüquqşünasam. O hadisə ilə bağlı həqiqət belə olmuşdur. 1998-ci ilin sentyabr ayının 12-də Suraxanı RPİ-nin şəxsi heyəti Səməd Vurgun bağı ətrafında keçiriləcək qanunsuz (icazəsiz – red) mitinqlə bağlı Səbail rayon ərazisinə təhkim olunmuş, əsasən Xaqani küçəsində ictimai asayişin qorunmasını təmin edirdik. Bizim vəzifəmiz təhkim olunduğumuz ərazidə baş verən qanunsuz hərəkətlərin qarşısını almaq idi. Azadlıq prospektinin Səbail rayonunun ərazisinə düşən hissəsində və Nizami küçəsində Səbail rayon polis əməkdaşları xidmət aparırdı. Azadlıq prospektinin Nizami küçəsi ilə kəsişdiyi yerdə vaqon-qərargah yerləşirdi. Səbail RPİ-nin bir zabiti, bir neçə polis nəfəri orada xidmət aparırdılar. Oraya avtoxuliqanlar və sairə içtimai qaydanı pozan şəxslər gətirilərək, müvafiq sənədləşdirilmələr aparılır, qanuni tədbirlər görülürdü. Günorta fasiləsindən sonra, təxminən saat 15-16 radələrində mən idarə rəisi ilə birlikdə Xaqani küçəsində dayanaraq aparılan xidmətə nəzarət edirdik. Bu vaxt bizə məruzə edildi k, baş nazirin birinci müavini Abbas Abbasovun oğlu qərargaha gətirilib, onun tərəfindən nəsə edilib. Rəis mənə dedi ki, get, gör bizim polis nəfərləri ilə bağlı məsələ deyil ki. Mən təxminən dayandığımız yerdən 60-70 metr aralda olan vaqon-qərargaha gəldim. Orada Səbail RPI-nin bir polis əməkdaşı ilə 20-22 yaşlı cavan oğlanın mübahisə etdiyinin şahidi oldum. Polis işçisi həmin oğlanın qanunsuz hərəkət etdiyini, maşında səs-küy salaraq icazə olmayan yerdən keçdiyini deyirdi. Həmin cavan oğlan isə onun kürəyinə dəyənək vurularaq incidildiyini, buna görə cavab verməli olacaqlarını deyirdi. Onun yanında dayanan 18-20 yaşlı arıq bir oğlan isə onunda atasının polis işcisi olduğunu dedi. Onun atasının Nadir Abbasov olduğunu biləndə (biz onunla 1990-cı illərdə DİN-in Baş Cinayət Axtarışı İdarəsində birlikdə işləmişdik, o peşəkər əməliyyat işcisi idi, əsl vətənpərvər insan olduğundan bizim aramızda çox səmimi dostluq münasibəti var idi) mən ona dedim: “Sənin atanla dostam, elə bir adamın oglu niyə bura düşsün”. O isə cavab verməyərək başını aşağı saldı. Hər ikisi ilə lazımi profilaktik söhbətlər aparıldı və onlar buraxıldı. Polis əməkdaşı isə polis haqda qanuna uyğun hərəkət etdiyini desə də, ona çox ciddi irad tutuldu, ona getməsi deyildi (sonradan həmin polis əməkdaşı haqqında Səbail RPİ-də xidməti araşdırılma aparılaraq, cəzalandırıldı və bu haqda aidiyyyəti üzrə məlumat verildi). Mən oradaykən mülki geyimli iki şəxs özlərini Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək Abbasov Aydın haqda maraqlandılar və onların buraxıldığını eşidib getdilər. Bundan sonra mən yenə Xaqani küçəsinə, öz xidməti ərazimizə qayıtdım.
Təxminən yarım saat sonra polislər bizə baş nazirin birinci müavini Abbas Abasovun qərargaha yanına gələrək Səbail RPİ-nin rəisini çağırdığını dedilər. O, daha gərgin sahələrdə olduğundan, DİN-in, Baş İçtimai Təhlükəsizlik İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyindən heç kəs yaxında olmadığından Abbas müəllimin yanına mən gedəsi oldum. Mən ora yaxınlaşaraq subordinasiya qaydalarına uyğun olaraq ona məruzə etdim. O, mühafizəçilərinin kənara çəkilmələri barədə göstəriş verdi və mənə dedi ki, niyə polis onun övladının kürəyinə dəyənəklə vurub. Eyni zamanda o, qeyd etdi ki, polisin nəinki onun oğlunu, ümumiyyətlə heç kəsi vurması qanuni sayıla bilməz. Mən Abbas müəllimə dedim ki, xahiş edirəm, məni 5 dəqiqə dinləyin, sonra nə qərar istəsəniz, qəbul edərsiniz. Mən ona hadisə baş verərkən Xaqani küçəsində olduğumu, sonra olanlar haqqında eşidəndə müdaxilə etdiyimi və hər şeyi olduğu kimi qısaca danışdım. O, mənim Nadir müəllimlə vaxtilə bir yerdə işlədiyimi eşidəndə bir az sakitləşdi. Sonra isə Səbail RPİ-in rəisinin həmin polis haqqında qanuni tədbir görüb ona məlumat verməsini tapşırdı. Biz onunla təxminən 20-25 dəqiqə söhbət etdik. Bu söhbətdə ikimizdən başqa üçüncü adam yox idi. O, məndə  yüksək intellektə malik, soyuqqanlı, dahi öndər Heydər Əliyev siyasətinə sadiq bir dövlət xadimi təəssüratı yaratdı.
Abbas Abbasovun həmin gün guya mənə “dişinin dibindən çıxanı deməsi”nə gəlincə, bu, jurnalist təxəyyülünün məhsuludur. Axı Aydın Abbasov da bizim söhbətimizdə iştirak etməmişdi ki, onun sözü əsas götürülsün.
O hadisədə heç bir təxribat, heç bir təhqir olmamışdı. Sadəcə olaraq həmin günün gərginliyi zamanı hər bir adamın başına gələ biləcək hadisə Aydın Abbasovun gəncliyilə bağlı onun başına gəlmişdir.
Yuxarıda göstərdiyim kimi, sonradan həmin polis haqqında Səbail RPİ-də xidməti araşdırılma aparıldı və bu haqda aidiyyəti üzrə məlumat verildi”.
Image result for aydın Abbasov
Qeyd edək ki, 18 il öncə baş vermiş 12 sentyabr aksiyasının növbəti ildönümündə indiyəcən ictimaiyyətə məlum olmayan bu hadisəni xatırlayan A.Abbasov jurnalistə o zaman başına belə bir hadisə gəldiyini danışıb.
Həmin məqalənin linki aşağıdadır.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın