Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Abbas Abbasovun oğlu Turan ideyasından yazdı

Abbas Abbasovun oğlu Turan ideyasından yazdı

Aydın Abbasov: “Səfəvi və Osmanlı hökmdarları bir-biriləri ilə dalaşmasaydılar…”

Sabiq deputat, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov özünün facebook hesabında maraqlı status paylaşıb.

Musavat.com A.Abbasovun Turan birliyindən, türk dünyasının birləşə bilməməsi səbəblərindən, türk xalqlarının üzləşdiyi hazırkı vəziyyətdən bəhs edən statusunu təqdim edir:

“Oğuz Türklərinin qolundan gələn, böyük dövlətlər yaradan, Səfəvi və Osmanlı kimi dünyaya hökm edən nəsillərinin böyük və şərəfli şah və sultanı bir-birinə qəsd edib müharibə elan etməsəydi, əksinə, dünyayı bərabər idarə etməyə qərar versəydilər, bu gün röyalarda olan Turan birliyi gerçək olardımı?

Hər gün qan, etimadsızlıq, xarici dövlətlərin ikili standart oyunları, qeyri-səmimi münasibətləri və çirkin oyunları bizə qarşı istifadə oluna bilərdimi? 

Səlimlə İsmayıl, Teymur və Bəyazid, Allah rəhmət eləsin sizə, nəyi bölə bilmədiniz? Bu dünya onsuz da sizin adlarınız gələn məkanlarda titrəyirdi, kim girdi sizin aranıza? Ah saf Türküm, təbii ki, hər bir mərdin yanında mütləq bir namərd olur… Allah bizim dövləti və bütün türk dilli dövlətlərimizi qorusun, bu halda dünya millətləri hüzur və əmin-amanlıq tapar”.
Musavat.com xatırladaq ki, Aydın Abbasovun Türkiyədə ictimai təşkilat qurduğu, fəallaşdığı barədə son vaxtlar mediada xəbərlər dolaşır. Ola bilsin, onun dini və milli yönümdə paylaşımlarının intensivləşməsi, bu yönümdəki qeydləri, ictimai fəaliyyətinə yönəlmiş bir PR kampaniyasıdır.

Musavat.com

5422a510-98b9-46ba-a1b9-0deb666f2048.jpg (136 KB)

 

 

mahir olmayan.jpg (698 KB)

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın