Ana səhifə / Siyasət / “ABBAS ABBASOV AZƏRBAYCANA GƏTİRİLMƏLİDİR”

“ABBAS ABBASOV AZƏRBAYCANA GƏTİRİLMƏLİDİR”

“O, həmişə hərəkətdədir. Azərbaycan dövlətçiliyinə qarşı hər zaman fəaliyyət göstərib, özünün xəstə ambisiyalarını həyata keçirməyə çalışıb. Artıq bu qədər də olmaz”. Bunları sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a baş nazirin sabiq müavini Abbas Abbasovla bağlı açıqlamasında deyib.

qabil-huseynli“AzPolitika.info”nun məlumatına görə, A.Abbasovun Avropada Azərbaycan hakimiyyətinin əleyhinə kampaniya aparan mühacirlərlə əlaqəsinin aşkar olunduğunu iddia edən Q.Hüseynli, sabiq baş nazir müavini barəsində cinayət işi açmağı və onun Azərbaycana gətirməyi təklif edib. “O, Azərbaycanda yüksək dövlət vəzifəsi tutub. Böyük vəzifələrə insanları təyin edərkən onların dilindən dövlət sirrini yaymamaq, dövlətçiliyə qarşı hərəkətlər etməmək barədə yazılı kağız alınır. Yəqin ki, Abbas Abbasov da belə bir öhdəliyi üzərinə götürüb. Bu tipli şəxsləri ölkədən kənara buraxmağın özü Azərbaycan hökumətinin yol verdiyi ciddi qüsurlardan biridir. Belə şəxslər ən azı 10 ilə yaxın ölkədə qalmalı, bir növ sınaqdan çıxmalıdırlar. Amma təəssüf ki, Abbas Abbasov Rusiyaya getdi, əvvəl orada biznesini qurdu, ardınca da Azərbaycan əleyhinə fəaliyyətə başladı”, – deyə, Hüseynli bildirib.

Sabiq dövlət müşaviri iddia edib ki, A.Abbasov öz ambisiyalarını həyata keçirmək üçün Rusiyanın siyasi elitası ilə əlaqələrindən yararlanır. Sitat: “O, ölkəmizdəki iqtidara olan ambisiyasını gizlətmir, bunu açıq şəkildə büruzə verir. Çox zaman oradakı diaspora ilə işləyir, onun gücündən istifadə edir. Bundan əlavə, köhnə əlaqələrindən, eləcə də, Rusiyadakı əlaqələrindən də yararlanmağa çalışır. Onu ən çox ürəkləndirən amillərdən biri də Rusiyanın siyasi elitası ilə olan əlaqələridir. Zənnimcə, Azərbaycan ən azından prezident seçkisindən sonra Abbas Abbasovun ölkəyə gətirilməsi ilə bağlı məsələlərə baxmalıdır. Uzun müddətdir ki, bu şəxs Azərbaycan əleyhinə işləyir. Abbas Abbasovun Azərbaycandakı fəaliyyətində kifayət qədər nöqsanlar tapmaq olar. Onun ucbatından günahsız insanlar indi də həbsxanalarda yatırlar. Ümumiyyətlə, Abbas Abbasovun həm Rusiyada olduğu zamanlarda göstərdiyi fəaliyyətinə, həm də Azərbaycanda vəzifədə olduğu zamanlardakı nöqsanlarına görə ən azı araşdırma aparmaq olar. Vaxtilə Heydər Əliyev çox böyük fəaliyyət göstərərək, Rusiyada gizlənmiş adamların çoxunu ölkəyə gətirdi, onların qanun qarşısında cavab vermələrinə nail oldu. Belə hərəkətləri hazırda aranı qarışdıran şəxslərə qarşı etmək lazımdır. Zənnimcə, həmin şəxslərin susdurulması, fəaliyyətlərinin dayandırılması bütün əndazələri aşan ”söyüş müxalifəti”nin fəaliyyətinin səngiməsinə gətirib çıxara bilər. Bildiyimə görə, Azərbaycan hakimiyyətinin xüsusi xidmət orqanları Abbas Abbasovun “söyüş müxalifəti” ilə əlaqələrini üzə çıxarıb. Bu barədə artıq müəyyən işlər aparılır. Güman edirəm ki, həmin tədqiqat işləri başa çatdıqdan sonra Abbas Abbasovu susdurmaq üçün lazımi addımlar atılacaq”.

Q.Hüseynli Azərbaycan tərəfin A.Abbasovu Rusiyadan ölkəyə gətirmə imkanlarından da söz açıb: “Rusiya Abbas Abbasovu niyə də Azərbaycana verməsin? Əgər onun haqqında cinayət işi qaldırılsa, əməlləri sübuta yetirilsə, bunun vasitəsilə onu İnterpol xətti ilə Azərbaycana gətirmək mümkündür. Təki Azərbaycan hökumətinin istəyi olsun, bu istiqamətdə də fəaliyyət aparsın. Onun fəaliyyəti ilə bağlı qanunla ciddi cavab tədbirləri görməyə çox ehtiyac var”.

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …