Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Azərbaycan hansı sehrli dəyişikliklərə ümid edir, tamamilə aydın deyil”

“Azərbaycan hansı sehrli dəyişikliklərə ümid edir, tamamilə aydın deyil”

Yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib və hər iki tərəf danışıqların konstruktiv keçdiyini bəyan edib.

Növbəti görüşün fevral ayında keçiriləcəyinin anonsu verilib. Məhz elə həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib ki, münaqişənin həllinə hazırlıq barədə səslənən bəyanatlar, o cümlədən Bakıdan, hər bir dəstəyə layiqdir: “Ümid edirik ki, erməni dostlar qarşılıqlı reaksiya verəcəklər”.

Nə baş verir? İşğal edilmiş bir neçə ərazinin qaytarılmasını nəzərdə tutan “Lavrov planı” nın reallaşdırılması?

Virtualaz.org məsələyə münasibət bildirməsi üçün Eurasia Ideas Foundation-ın Ekspert Şurasının sədri, məşhur rusiyalı analitik Qriqori Trofimçuka müraciət edib.

“Nazirlərin bu görüşü son onilliklər boyunca eyni səviyyədə görüşlər seriyasından bir az fərqlənir, çünki nə də olsa, erməni tərəfindən bəzi formal yeniliklər var, hansının ki mövqeyini “yeni Yerevan” formalaşdırır. Ancaq bütovlükdə, əsasən heç bir dəyişiklik yoxdur, çünki Qarabağ üzrə Ermənistanın yeni rəhbərliyinin mövqeyi lap başdan, danışıqlar masasının arxasında Serj Sarkisyanın və onun xarici işlər nazirinin formal oturması ilə müqayisədə, daha sərt idi. Buna görə, Azərbaycan bu prosesdə çətin ki, hansısa pozitiv bir dəyişikliyə, xüsusən də torpaqların qaytarılmasına bel bağlaya bilər”, – deyə ekspert bildirib.

“Sergey Lavrovun “münaqişənin həll yolu axtarmağa hazır olmasını” nəzərdə tutan bu cür görüşləri dəstəkləməsi haqda sözləri də sansasiya kimi qəbul edilə bilməz. Əslində, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə əvvəl dediklərini yalnız təkrarlayıb. Ancaq bu sözlərdə Qarabağ probleminin nizamlanmasında ermənilərin sonrakı mövqeyi ilə əlaqədar bir narahatlıq sezilir. Rusiya hər halda Nikol Paşinyanın bu məsələ ilə bağlı istənilən vaxt nə bəyan edə biləcəyini hələlik başa düşmür”, – deyə ekspert vurğulayıb.

Qriqori Trofimçukun sözlərinə görə, danışıq aparan tərəflər, prosesin indiyədək adət edilmiş yoluna qayıdılması üçün bir-birinə indi erməni tərəfindən səslənən texniki dəyişikliklərlə əlaqədar uyğunlaşırlar (bu uyğunlaşma plan üzrə gedir və fevralda da davam edəcək): “Amma Azərbaycan bu vaxt hansı sehrli dəyişikliklərə ümid edir, tamamilə aydın deyil. Onun optimizminin səbəbi də anlaşılan deyil”.

“Lavrov planının reallaşdırmasına” gəlincə, Sergey Lavrov özü bu yaxınlarda dedi ki, heç bir plan mövcud deyil və “istəkdən asılı olaraq, artıq iyirmi ildən çoxdur ki, masa üzərində olan bir çox tematik sənədlərə əsaslanaraq, Qarabağ nizamlanması üzrə istənilən konfiqurasiyada plan tərtib etmək olar”, – deyə Qriqori Trofimçuk fikrini tamamlayıb.g

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …