Ana səhifə / Siyasət / “907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur”

“907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur”

Milli Strateji Düşüncə Mərkəzinin toplantısında bir sıra digər məsələlərlə yanaşı Zəngəzur dəhlizi mövzusu da müzakirə edilib.

Bu barədə mərkəzin rəhbəri İsa Qəmbər məlumat verib.

Toplantı iştirakçıları Ermənistan siyasi dairələrində və erməni diaspora təşkilatlarında müşahidə olunan spekulyativ çıxışlara münasibət bildiriblər.

MSDM  qeyd etməyi zəruri bilir ki, onilliklər boyu guya Azərbaycanın blokadasında qaldığı barədə beynəlxalq aləmə səs salan, əslində isə öz təcavüzkar siyasəti və ölkəmizin ərazilərini  işğal etdiyinə görə regionda təcrid olunan Ermənistan bu gün həmin “blokada”nın (təcridin)  aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin atdığı real addımları faktiki boykot edir.

MSDM  hesab edir ki,  Azərbaycanın guya Ermənistanı və Dağlıq Qarabagı blokadaya aldığı üçün 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlıga Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin indiki mərhələdə qüvvədə saxlanması tamamilə absurddur.

MSDM siyasi partiyalara, ictimai birliklərə və bütövlükdə Azərbaycan cəmiyyətinə müraciət edərək bu düzəlişin ləğv edilməsi ilə əlaqədar ciddi kampaniyaya başlamağı təklif edir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …