Ana səhifə / Siyasət / 8 NOYABR ZƏFƏR GÜNÜ-ƏDALƏTİN TƏNTƏNƏSİ..

8 NOYABR ZƏFƏR GÜNÜ-ƏDALƏTİN TƏNTƏNƏSİ..

Tarixi Zəfər günümüzun bir ili tamam oldu. Bu tarixi gün , tarixi  ədalətin eyni zamanda ləyaqətimizin  bərpa olunduğu gündür. 44 günlük müharibənin elə ilk  günlərində  xalqımızın  Qələbə yanğısını necə səbrsizliklə gözlədiyini görmək  elə də çətin deyildi. Xalq –Ordu-Dövlət vəhdətini bir aradagörmək  hər insana nəsib olmur.Tarixdə belə hadisələr və nümunələr çox azdır. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarələrinin qarsında cəbhəyə getmək üçün idarənin işçiləri ilə mübahisə edən gənclərimizi görmək ayrı bir mövzudur.Qismən səfərbərliyə düşməyən gənclərimiz  əllərini  sıxaraq axı nəyə görə mən gedə bilmərəm deyərək idarənin əməkdaşlarına suaallar” yağdırırdılar”.Onda anlamışdım ki, bu gənclər ona  görə həyacanlıdılar ki, birdən tam səfərbərlik olmasa bu döyüşlərdə iştirak edə bilməyəcəklər və belə fürsət birdə ələ düşməyəcək.Bəli döyüşdə iştirak edə bilməyəcəklərindən narahat idilər. Bu narahatlıq  neçə onilliklərdir Qələbəyə ac olan bir xalqın qisas yanğısı idi. Cəbhədə döyüşlərin getdiyi  günlərdə  əsgərlərimizin mahnı oxuyaraq düşmənin uzərinə hücum çəkməsi  sözün əsl mənasında bir qəhrəmanlıq salnaməsidir. Hələ bu 44 günlük  müharibədən çox danışacağıq.Təkcə biz yox, eyni zamanda beynəlxalq hüquqdan öz məqsədləri üçün istifadə edən dövlətlər də bu Zəfərdən  çox danışacaqlar.Azərbaycan Ordusunun hərbi taktikası bir çox dövlətlərin hərbi dərsliklərində  tədris olunacaq.ABŞ Hərbi Akademiyası Azərbaycan Ordusunun həbi  əməliyyatlarının öyrənilməsi zərurətinin  yarandığını bildirib.Bellə hallar Müzəffər Azərbaycan Ordusunun dünya dövlətləri arasında ordu reytinqləri siyahısında yerini möhkəmləndirməkdədir. Azərbaycan XXI əsrdə ən yüksək hərbi texnoloji savaş aparmaqla dünya dövlətləti arasında  böyük nüfuza malik oldu.

Müharibə elə bir mürəkkəb əməliyyat meydanıdır ki, zəncirin bir həlqəsinin qırılması savaşın taleyini həll edə bilər.Bu savaşda Azərbaycan xalqı  bir yumruq kimi  birləşərək özünü ön cərgədə döyüşən əsgərlərimizin yanında hiss edirdi.Hər kəs özünü bir əsgər hesab edirdi.Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora nümayəndələrimiz   yaşadıqları ölkələrdə  Azərbaycanın haqq səsini çatdırır, diplomatlarımız  çox gərgin  şəraitdə fəaliyyət göstərirdi. Ən önəmli məsələlərdən biri olan informasiya savaşında mətbuat nümayəndələrimiz öz üzərinə düşən missiyanı  çox peşəkarlıqla icra edirdi.Siyasi partiyalar yüksək şüur nümayiş etdirərək  dövlətin atdığı bütün  addımları dəstəklədilər.Həkimlərimiz bu müharibədə  döyüş şəraitində ən mürəkkəb əməliyyatları həyata keçirməklə  yüksək bilik və bacarıqlarını ortaya qoydular.

 Heç şübhəsiz ki,8 noyabr Zəfərimizin memarı şəhidlərimizdir.Onların qanı -canı bahasına illərlə işğalda qalan torpaqlarımız  düşmən tapdağından  azad olundu.Şəhidlik  zirvəsinə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.Bu zirvəyə ucalan, müqəddəs amallar uğurunda Vətən və xalq yolunda canını fəda edən bütün şəhidlərimizə allahdan rəhmət diləyirəm! Belə bir övladlar yetişdirib onları tərbiyə edən valideyinlərə hər zaman borcluyuq.Qazilərimizin tezliklə  öz  sağlamlıqlarına qovuşmasını arzu edirəm.İndi dövlətimizin və xalqımızın ən başlıca vəzifələrindən biri şəhid ailələri və qazilərimizin qalib xalq kimi onların layiq olduğu ləyaqətli həyat şəraitini onlara təmin etmək olmalıdı. Əminəm ki bu belə də olacaq.Əgər dövlətimiz  işğalçı bir ordunu faşizmi təbliğ edənbir dövləti məğlub etməyi bacardısa, heç şübhəsiz ki bunun da öhdəsindən gəlməyi bacaracaq.Qarşıda  bizləri hələ çox işlər gözləyir.Düşmən işğala məruz qoyduğu döğma yurdlarımızda daşı- daş üstündə qoymayıb.Bütün ərazilərimizi minalanıb.Bir sözlə böyük Zəfərdən sonra böyük quruculuq işləri həyata keçirilməlidir .Qeyd edim ki , son səkkiz ayda xeyli layihələr icra olunmaqdadır.Bu işləri sürətləndirməliyik.Eyni zamanda xalqımızın sosial rifahını yaxşılaşdırmaq üçün  yeni proqramların hazırlanmasına ehtiyac yaranıb.Bütün bunlar  mərhələli şəkildə öz həllini tapacaq. Ən vacib olanı ərazi bötövlüyümüzün təmin olunması idi, onu da Azərbaycan Ordusu təmin etdi.

Xalqımızı 8 noyabr Zəfər gününün bir ilinin tamam olması münasibətilə təbrik edir,  birlik və bərabərliyimizi  qoruyaraq yeni qələbələrə  imza atmağı böyük Tanrıdan arzu edirəm! Zəfərimiz Mübarək!

Afsəddin Nəbiyev, AMİP sədrinin Təşkilat və Seçki məsələləri üzrə sədr müavini.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …