Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / 8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunub

8 Mart Beynəlxalq Qadınlar Günü Ana Vətən Partiyasında qeyd olunub

Ana Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
AVP sədri Fəzail Ağamalı partiyanın qadın fəallarının bir qrupunu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulayıb.
F.Ağamalı vətəndaş cəmiyyətinin formalaşmasında qadınların əvəzsiz rolundan, respublikanın ictimai siyasi həyatındakı xüsusi çəkisindən, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib. Son illər partiyanın qadın üzvlərinin sürətlə çoxalmasının qadınların siyasətə marağının artması kimi dəyərləndirən Fəzail Ağamalı onların siyasi fəaiyyətinin artmasından məmnun olduğunu bildirib.
Tədbirin sonunda qadın fəallara bayram hədiyyələri təqdim olunub.

Ana Vətən Partiyasının
Mətbuat Xidməti

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın