Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 7 YAP-çı deputata razılıq verilib, 4 bitərəfin isə dəstəklənməyəcəyi tam dəqiqləşib

7 YAP-çı deputata razılıq verilib, 4 bitərəfin isə dəstəklənməyəcəyi tam dəqiqləşib

Hakim Yeni Azərbaycan Partiyasında (YAP),  partiyanın İcra Katibliyində deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik ciddi hərəkətlilik olmasa da, amma ilkin işartılar, nəticələr ortadadır. Ən azı çox tanınmış və nüfuzlu YAP-çı deputatlardan 7-sinə razılıq verilib, onlar növbəti dəfə seçkilərə gedirlər. Bu, birmənalıdır və dəqiqdir. Digərləri ilə də bağlı ən azı gələn həftənin sonlarına kimi qərar veriləcək. Bununla belə, xeyli sayda YAP-çı deputat kənarda qalacaq, onlar YAP-dakı-Gənclər Birliyindəki gənclərlə əvəzlənəcək.
Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən məlumatlı və nüfuzlu YAP-çılardan biri məlumat verib.
O, eyni zamanda, YAP-ın dəstəklədiyi və xeyir-dua verdiyi bir çox bitərəf deputatın da kənarda qalacağını, yeniləri ilə əvəzlənəcəyini bildirib.
“Dəqiq olanı budur ki, artıq 4 nəfər bitərəf deputatla bağlı qərar verilib, onlar təkrar dəstəklənməyəcəklər. Eyni zamanda, üzdə olan və tanınan 3 bitərəf deputala bağlı ilkin razılıq verilib, onlar növbəti dəfə namizədliklərini verəcəklər və YAP-dan dəstək alacaqlar. Bütün hallarda gələn həftəni gözləmək, bir az da səbr  lazımdır…”-deyə, məlumatlı mənbə bildirib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …