Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət /  Kürdəxanı bələdiyyəsi müharibə veteranının torpağını başqasına satıb

 Kürdəxanı bələdiyyəsi müharibə veteranının torpağını başqasına satıb

 

Kürdəxanı bələdiyyəsi müharibə veteranının torpağını başqasına satıb İkinci qrup hərbi xidmət əlili imdad diləyir Obyektiv media qurumu olaraq bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqlar, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilməmələri barədə geniş məlumatlar versək də, bu sahədə problemlər bitib-tükənmək bilmir. Hər gün bələdiyyələrin özbaşınalığının nəticəsində yüzlərlə ölkə vətəndaşının hüquqları pozulmaqda davam edir. Əsasən də Vətənin keşiyində duran, Vətən uğrunda hər an canından keçməyə hazır olan insanlar bələdiyyələrin yarıtmaz fəaliyyətinin qurbanına çevrilirlər. Belə ki, redaksiyamıza daxil olan şikayətə əsasən deyə bilərik ki, bələdiyyələrin özbaşınalığına son qoymağın əsl vaxtıdır.

Qeyd edək ki, Səbail Rayonu Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 9, mənzil 7-də yaşayan Sadıqova İradə Remm qızı qəzetimizə müraciətində Kürdəxanı bələdiyyəsində üzləşdiyi qanunsuzluqlar barədə məlumat verib. İradə Sadıqova bildirir ki, Ümummilli lider Heydər Əliyevin göstərişi ilə müharibə veteranlarına, hərbiçilərə Bağlar Təsərrüfat Birliyi tərəfindən Kürdəxanı qəsəbəsinin Ləhiş bağlar sahəsində 12 sot torpaq verildi: “2004-cü ildə o torpaqlar “KROKUS” MMC tərəfindən zəbt olundu. Amma “KROKUS” MMC bələdiyyə ilə alqı-satqı edib. Əvəzində ya camaatın torpağını, ya da pullarını verməli idi. 2013-cü ildə “KROKUS MMC” hamıya necə, eləcə də mənə Kürdəxanı qəsəbəsinin Ləhiş bağlar ərazisində dörd daşla hörülmüş 12 sot torpaq sahəsi verdi. Övladımda talassemiya xəstəliyi aşkar olunduğundan 2012-ci ildən 2015-ci ilə qədər başım övladıma qarışdı. Amma “KROKUS” MMC ilə birlikdə bələdiyyənin mənə verdikləri sxemini bələdiyyə qəbul edib.

 

Kürdəxanı bələdiyyəsi müharibə veteranının torpağını başqasına satıb

“KROKUS” MMC torpağın pulunu bələdiyyəyə ödəyib ki, bələdiyyə camaatı narahat etməsin. 2015-ci ildə atam vəfat etdiyindən başım qarışıq idi. Deməli 2 ay bundan qabaq torpaq sahəmə daş töküb divarını qaldırmaq üçün oraya getdim. Lakin gördüm ki, torpağımı zəbt ediblər. Kürdəxanı bələdiyyəsində Torpaq və Ə. İ. Ş. Rəisi Məmməd Ağakişiyevin yanına getdim. Bildirdi ki, xəbərim yoxdur. Bələdiyyə sədri Heyran Kərimova mənə dedi ki, 21 manat olmaqla iki illik torpaq vergisini ödə. Bunlara bildirdim ki, torpaq yoxdur. Kim qoçuluq edir burada? Bir dənə da töküb nəsə tikəndə icra hakimiyyətindən tutmuş hər kəs gəlir. Burdan bura mənim halal torpağımı zəbt ediblər. Necə olur ki, sizin bundan xəbəriniz yoxdur? Mənə o torpağı o vaxt ümummilli liderimiz Heydər Əliyev vermişdi. İyulun 18-də mən Torpaq və Ə. İ. Ş. Rəisi Məmmməd Ağakişiyevin yanına getmişəm. Mənə bildirdi ki, bilmirəm torpağın haradadır və məzuniyyətdə olduğunu qeyd etdi. Mən də bildirdim ki, məzuniyyətdəsinizsə, onda idarəyə niyə gəlmisiniz? Hətta təklif etdim ki, maşın tuturam gedək sxemə uyğun olaraq mənim torpağımı göstərin. Lakin o etiraz etdi”. Şikayətçinin sözlərinə görə, iyulun 19-da yenidən Kürdəxanı bələdiyyəsinə gedib: “Kürdəxanı bələdiyyəsinin sədr müavini Dadaşov Pərviz Qəribəli oğlu bildirdi ki, xanım narahat olmayın, mən sizə kömək edəcəyəm. Məmməd Ağakişiyevə bildirdim ki, sizdə xəritə var, həmin xəritənin üstündə mənim nömrəm var. Haradadır o nömrə? Boynundan atdı və bildirdi ki, nə getmirəm, nə də göstərmirəm. Mən çox əsəbləşdim. Hətta mən iki dəfə insult keçirmişəm. Keçən ay infarkt keçirmişəm, şəkər xəstəliyindən əziyyət çəkirəm. Onların mənə göstərdiyi münasibətə görə, haqqımın pozulduğu üçün orada halım pisləşdi və təcili yardım çağırdilar. İynələr vurub məni güclə ayıltdılar. Torpağımı satıblar, onda mənə əvəzində başqa yerdə torpaq sahəsi versinlər. Mən heç nə demirəm. Amma söz vermişəm ki, torpağımın zəbt olunması ilə bağlı prezidentimizə, birinci xanıma, Baş Prokurorluğa, Ramil Usubova da yazacağam. Necə olur ki, Kürdəxanı ərazisində qoçuluq edən var, amma heç kəs bilmir? Kimə satıblar, kimə veriblər hamı boynundan atır. Torpağı kim zəbt edib guya heç kəs bilmir. Həmin ərazidə iki dənə fərdi ev tikiblər. Hətta üzərinə satılır yazılıb”. Şikayətçinin sözlərinə görə, bələdiyyə ilə KROKUS MMC arasında alqı-satqı sənədi var. Sənədi onlardan tələb etdim. Lakin sənədin arxivdə olduğunu qeyd etdilər. Bildirdim ki, arxiv 70 il saxlanılır. İyul ayının 19-da həmin sənədi tapdılar. Mən onlara bildirdim ki, o arayışa əsasən siz qərar verməlisiniz ki, torpaq vətəndaşa verilsin. Vermədilər. Yalnız bu sxemi mənə veriblər (əlindəki sxemi gstərir). Bu sxemə görə vergi də ödəyirəm. Təqaüdçü adamam. Mən nəyə görə kiminsə torpağının pulunu ödəməliyəm”. İradə Sadıqova qeyd etdi ki, 2015-ci ildə Bələdiyyə sədri Heyran xanım və sədr müavini Pərviz müəllim mənə bildirdilər ki, guya torpağımı keçmiş bələdiyyə sədri Sabir Əliyev satıb: “Mən istərdim ki, bu üç nəfərin hamısı cinayət məsuliyyətinə cəlb olunsun. İyulun 18-də yenə Kürdəxanı bələdiyyəsində oldum və bildirdim ki, mən maşın təşkil edirəm, bir nəfər nümayəndə mənimlə getsin ev yiyəsi ilə danışaq. Heç kim mənimlə getmədi. Sağ olsun sədr müavini mənimlə getdi. Nə qədər darvazanı döydük, açan olmadı. Üzərinə də yazılıb ki, ev satılır. Həmin ərazidə daha çox boş torpaqlardır. Kimin imkanı olub tikinti aparıb. Bunlar da il yarıma iki dənə ev tikiblər. Mənim Vətən uğrunda canım gedib. İki balamı atıb getmişəm ki, indi hansısa qoçu mənimlə belə rəftar etsin? Mənim psixoloji, fizioloji sağlamlığım əlimdən gedib. Mən hər dəfə 15-16 manat taksiyə pul verib ora gedib gəlirəm. Xəstə adamam, mənə qarşı niyə belə rəftar edirlər? Torpağım qaytarılsın. Mən həm Qarabağ müharibəsi veteranıyam, həm “20 yanvar Cəmiyyətinin” üzvüyəm, Yeni Azərbaycan Partiyasının üzvüyəm. İkinci qrup hərbi xidmət əliliyəm. Mən Azərbaycan qadınıyam. Xahiş edirəm aidiyyatı qurumlar bu məsələdə mənə kömək etsinlər”. P.S. Qarşı tərəfi nə qədər axtarsaq da, münasibət öyrənə bilmədik, amma münasibət haqqı tanıyırıq.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın