Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / 5 tələbənin ölümünə səbəb olan sürücü danışdı – VİDEO

5 tələbənin ölümünə səbəb olan sürücü danışdı – VİDEO

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə 21-nin yaralanmasına səbəb olan “Ford”un sürücüsü Namiq Hüseynov ATV-yə açıqlama verib.

Azinforum.az xəbər verir ki, qəzanın baş vermə səbəblərindən danışan sürücü arxadan gələn avtomobilin onu sıxışdırdığını elə bu səbəbdən də idarəetməni itirdiyini bildirib.

“Arxadan gələn ağ avtomobil məni sıxışdırdı. Mən nə qədər etdim sağa çəkə bilmədim avtomobili”.

Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın