Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 4 rayonun icra başçısı 1 gündə yola salınacaq… – SİYAHI

4 rayonun icra başçısı 1 gündə yola salınacaq… – SİYAHI

DİA.AZ: – Yaxın günlərdə rayon icra hakimiyyəti rəhbərlərinin yeni ələmə prosesinə start veriləcək. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Qaynağın iddialarına görə, proses zamanı ilk olaraq 4 rayonun başçısının 1 gündə dəyişdirilməsini belə görə bilərik. Dia.az-a söylənilənlər: “Hələlik belə bir söhbətlər dolaşır. Kimlər gedəcək ilk olaraq – bu bəlli deyil. Amma ciddi islahat aparılacaq və bu zaman yeni kadrlara da üstünlük veriləcək. Yəni proses təkcə yerdəyişmə ilə yox, həm də yeniləşmə ilə müşaiyət olunacaq”.

Onu da qeyd edək ki, məlumatı verən mənbə redaksiyamıza təxmini olaraq ilk “vurulacaq” rayon rəhbərlərinin adlarını da təqdim edib. Onlar aşağıdakılardır:

1. Şamaxı RİH başçısı Asif Ağayev;

2. Gədəbəy RİH başçısı Ramiz Yediyarov;

3. Şabran RİH başçısı Novruz Novruzov;

4. Kürdəmir RİH başçısı Ceyhun Cəfərov.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …