Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 4 generalın ordudan tərxis edilməsi xəbərinə – MÜNASİBƏT

4 generalın ordudan tərxis edilməsi xəbərinə – MÜNASİBƏT

Bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının  ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.
Bu barədə Moderator.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.
“Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit – general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.
Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaqdır”, – deyə, MN bəyan edib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın