Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 4 aptekin fəaliyyəti dayandırılıb

4 aptekin fəaliyyəti dayandırılıb

2015-ci ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi Azərbaycanda 110 aptekdə yoxlama həyata keçirib.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlamaların 53-ü planlı, 57-i isə plandankənar olub.

P. Əzizbəyovun sözlərinə görə, yoxlamalar zamanı 4 aptekin qanunsuz şəkildə fəaliyyət göstərdiyi aşkarlanıb və həmin apteklərin fəaliyyəti dayandırılıb: “Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələr üzrə protokol tərtib olunub. 23 aptek barəsində də reseptlə satılan dərmanların reseptsiz satışını həyata keçirdiyinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib olunaraq qərar çıxarılması üçün Səhiyyə Nazirliyinə göndərilib”.
P. Əzizbəyov qeyd edib ki, bu gün ölkədə ümumilikdə 2000-ə yaxın aptek fəaliyyət göstərir.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın