Ana səhifə / Siyasət / 3 min erməni Qarabağı tərk etdi

3 min erməni Qarabağı tərk etdi

İlkin hesablamalara görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi nəticəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın təxminən üç min sakini öz evlərini tərk edib.

Virtualaz.org xəbər verir ki, bu barədə RİA “Novosti” xəbər agentliyi məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin verdiyi məlumata görə, Dağlıq Qarabağın xəstəxanalarında yaralıların müalicəsi üçün dərmanlar çatışmır.

Komitə yaralılar üçün tibbi ləvazimatlar, dərman və sarğı materialları göndərib. O, həmçinin bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda yaşayan insanların humanitar ehtiyacların təmin olunmasında kömək göstərməyə hazırdır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın