Ana səhifə / Siyasət / 27 nəfərin deputatlığa namizədliyi qeydə alındı, 74 nəfər imtina etdi

27 nəfərin deputatlığa namizədliyi qeydə alındı, 74 nəfər imtina etdi

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
MSK sədri bildirib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: “11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub. Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb, 159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür. 74 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …