Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / 26 il məhkumluq həyatı yaşayan şəxs həbsxanada öldü

26 il məhkumluq həyatı yaşayan şəxs həbsxanada öldü

Azərbaycanda daha bir məhbus ölümü baş verib.

Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Zaqatala rayon sakini, 1966-cı il təvəllüdlü Nəbiyev Eduard Hikmət oğlu vəfat edib.
APA-nın əldə etdiyi məlumata görə, E. Nəbiyev sonuncu dəfə 2013-cü ildə Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının «Xaşxaş – 2013» şərti adı altında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.
E. Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay ümumilikdə isə 26 il məhkumluq həyatı yaşayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın