Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “25 km irəliyərək bufer zona yaratmaq Azərbaycanın tam haqqıdır”

“25 km irəliyərək bufer zona yaratmaq Azərbaycanın tam haqqıdır”

Ermənistanla sərhəd boyu 25 km irəliyərək, öz təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmaq Azərbaycanın tam haqqıdır və bu hüququ özündə saxlayır… Necə ki, ermənilər bunu 30 il etdi…

Ermənistan yeganə ölkədir ki, 1918-ci ildə yaradılanda ərazisi yox idi. Sonradan 16 min kvadrat kilometr Azərbaycan torpaqlarının hesabına Ermənistan yaradıldı və addımba-addım artırılıb 28 minə çatdırıldı. 

Daha sonra bütün bunlar azmış kimi Ermənistan Azərbaycanın 20 min kvadrat km-lik ərazisini demək olar ki, 30 il işğal altında saxladı. Deyəsən çox qısa bir müddətdə bütün bunları unudub. Bu 30 il ərzində Azərbaycanın işğal edilmiş torpaqlarından milyonlarla ton ərzaq məhsulları mənimsəyib ermənilər. Xarici İşlər Nazirliyi Qarabağ erməniləri ilə əlaqədar keçirilmiş iclaslar, müşavirələr, sammitlərin (Minsk qrupu, Lissabon, İstambul, KeyVest ) materiallarını açmalı və ermənilərin nə üçün Azərbaycan torpaqlarını azad etmədikləri üçün göstərdikləri səbəbləri açmalıdırlar. 

Bütün sammitlərdə Ermənistan qondarma “DQ”nin müstəqil dövlət olmayana qədər heç bir torpaq azad olunmayacağını bəyan edirdi. Onlar “Biz bu torpaqları azad edə bilmərik çünki Azərbaycanı yaxına buraxsaq, DQ-ni atəşə tutacaq” deyə min bir bəhanə uydururdular. Bu ağıldan kəm ideyalardan zövq alan ermənilər Azərbaycanı ələ salırdı, xatırlayırlar ya yox?…

2016-cı ildən Erməni silahlı qüvvələri Azərbaycanla sərhəd olduğu bütün rayonları (Qazax, Tovuz, Gədəbəy, Daşkəsən) mütəmadi müxtəlif silahlardan atəşə tuturdular. Hansı ki, bu prosesi hətta bu günə qədər də davam etdirirlər. 

Ermənilərin sərsəm ideyalarını Azərbaycan fundament götürsə bütün perimetr üzrə ən azı 20 km onları geri oturtmalıdırlar. Bu həmçinin Naxçıvan Muxtar Respublikasınada aiddir. Sərhədləri tanımaq, Qarabağdan bütün silahlı dəstələrini çıxartmaq və sair tələbləri yerinə yetirsə, hərbi hissələrini sərhəd zonasından ən azı 25 km aralıda yerləşdirmək şərtilə Azərbaycan müqaviləyə imza atar və tədricən qoşunlarını məsələn 5 il müddətində (daha 30 il yox) Ermənistan ərazisindən çıxara bilər. 

İkinci şərt Azərbaycan vətəndaşı olmayan erməniləri Qarabağdan ən geci bir il müddətində çıxartmaq da müqavilədə qeyd edilməlidir. Bu şərtlər çərçivəsində Azərbaycan qoşunların Ermənistandan çıxara bilər. Əks halda yenidən 30 il davam etdiriləcək samitlər başlaya bilər… Hesab edirəm ki, 1 il müddətində Azərbaycan inspeksiya keçirməli və Azərbaycan vətəndaşı olmayan erməniləri Azərbaycan ərazisindən deportasiya etməlidirlər. 

Fikrimcə, heç şübhəsiz ki, bütün bunların fonunda müqavilədə Ermənistanın avantürüst rəhbərlərinin işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurmuş olduğu milyardlarla dollar zərərin də dəqiq hesablanması və Azərbaycana vurmuş bu zərərin (təhcə müharibədə itirdiyi zərər yox, eyni zamanda Azərbaycanın suveren ərazilərini uzun illər işğalda saxlayaraq talamış) Ermənistan Respublikasına ödətmək təmin edilməlidir… 

Rəsul Quliyev,

Azərbaycan Respublikası Milli Məclisinin eks spikeri

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …