Ana səhifə / Siyasət /  Bakıda anoloqu olmayan müalicə üsulu – FOTO

 Bakıda anoloqu olmayan müalicə üsulu – FOTO

Artıq bir ilə yaxındır ki, VMR Tibb Mərkəzinin dəvəti ilə Türkiyədən hər ay Bakıya gələn, dünya şöhrətli mütəxəssis Ömür Gencel dünyada yenicə yayılmağa başlayan üsulla varikoz damar xəstəliklərini və zob xəstəliyini əməliyyatsız, qansız və ağrısız mülicə etməklə tamamilə aradan qaldırır. Həm də, bu prosedurlar peşəkar mütəxəssis Ömür Gencel tərəfindən cərrahi müdaxilə olmadan, 15-20 dəqiqəyə icra olunur. Xəstəliyin forma və ağırlaşmadığına görə, bəzi hallarda xəstəyə 2-3 seans tətbiq edilə bilər.

 
Bakıda anoloqu olmayan müalicə üsulu - FOTO
Hazırda Türkiyədə olan mütəxəssis noyabrın 9-da Bakıya gələcək. O, xəstələri VMR Tibb Mərkəzində qəbul edəcək. Odur ki, Ömür Genceli Azərbaycanda adıçəkilən xəstəliklərdən əziyyət çəkən şəxslərə daha yaxından tanış etmək üçün onunla internet üzərindən bir az söhbətləşdik. Söhbət əsasında hazırlanmış müsahibəni oxucularımıza təqdim edirik:
– Ömür bəy, siz varikoz genişlənmə və zob xəstəliyinin fərqli, eyni zamanda daha rahat qurtulma yolunu tapmısınız. Azərbaycanda da zob xəstəliyi və varikoz genişlənmə bəlası geniş yayılıb. Bəlkə öz müalicə üsulunuz haqqında oxucularımıza məlumat verəsiniz. Ümumiyyətlə, siz bu prosedurları necə həyata keçirirsiniz?
– Qeyri-cərrahi yolla zob xəstəliklərini, xanımlarda tez-tez rastlaşdığımız miyomaları və varikoz genişlənmənin müalicəsini, özü də ömürlük müalicəsini fərqli üsulla həyata keçirirəm. Adətən, cərrahi müdaxilə ilə bu xəstəlikləri aradan qaldırırlar. Amma mən cərrahi müdaxilə etmədən bu xəstəlikləri 15-20 dəqiqə ərzində müalicə edib sağaldıram. Bakıda miyoma və varikosel anjio cihazı olmadığı üçün bu iki xəstəliyin müalicəsini hələ ki, həyata keçirmək mümkün deyil. Amma Bakıda varikoz və zob xəstəliklərini cərrahi müdaxilə olmadan müalicə edirəm. Zob xəstəliyi əhalinin 50-60 faizinə əziyyət verməkdədir. Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam zob adlandırır. Zob orqanizmin enerji metabolizmasını idarə edən ana orqan olan “tiroid”də görünən düyünlərin böyüməsi nəticəsində baş verir. Zob nadir hallarda xərçəng riski yaradır. Bu isə 5 faiz təşkil edir. Ümumilikdə isə zob qorxulu xəstəlik deyil. Xüsusilə, ölçüsü 1 sm-dən artıq olan düyünlərdə və ya USM müayinəsi zamanı qorxulu görünən düyünlərdə incə iynə ilə ağrısız biyopsi etmək lazım olur. Bu qorxulu görünən düyünlərdə yeganə əməliyyat yoludur. Lakin xəstəni incidən xoşxassəli düyünlərdə cərrahi müdaxilə etmədən bu düyünləri kiçiltmək və ya birdəfəlik müalicə etmək mümkündür. Mənim müalicə üsulum da belədir. Yəni prosedur kəsiksiz, tikişsiz həyata keçirilir və xəstənin xəstəxanada yatıb qalmasına ehtiyac olmur. Müalicə zamanı istifadə edilən özəl iynələrlə düyünlərin içinə müdaxilə edib, onları sovuraraq çıxarırıq. Prosedur zamanı xəstənin ağrı duymaması üçün düyünün ətrafı keyləşdirilir. Müalicə müddəti cəmi 15-20 dəqiqə çəkir. Artıq zobdan xilas olan pasiyentimiz müalicədən sonra dərhal işinin başına dönür. Yəni müalicədən sonra uzun müddət dincəlməyə də gərək qalmır, 3-6 ay sonra isə artıq düyünlərdə 50-60 faiz kiçilmə baş verir.
Bakıda anoloqu olmayan müalicə üsulu - FOTO
– Varikozu da bu qədər asan yolla sağalda bilirsinizmi?
– Varikoz Azərbaycanda geniş yayılmış xəstəlikdir. Varikoz damarların genişlənməsi və artıq fəaliyyətini itirmiş düyünlənmiş halıdır. Varikoz eyni zamanda insan bədənindəki venaların patoloji şəkildə normadan artıq genişlənməsidir. Xəstəlik kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb. Belə ki, bu, qadınlar arasında təqribən 70-75 faiz təşkil edir. 20-70 yaş arası qadınların demək olar ki, çox hissəsində görünən xəstəlikdir. Varikozun müalicəsi müxtəlif üsullarla aparılır. Bəziləri bunun qarşısını estetik əməliyyatla alırlar. Amma varikoz sadəcə estetik problem deyil, ayaqlarda sanki üstüaçıq yaralardır, yəni ciddi xəstəlikdir.
Bakıda anoloqu olmayan müalicə üsulu - FOTO
Artıq varikozu lazerlə cərrahi müdaxilə olmadan əməliyyat edirik. Bu əməliyyatdan sonra xəstəyə uzunmüddətli istirahət gərək deyil. O, azacıq vaxt aparan bu əməliyyatdan sonra yenidən rahat, sağlam həyatına geri dönə bilər. Qeyd edək ki, həkim mütəxəssis Ömür Gencel Akdeniz Üniversitetinin tibb fakultəsində təhsilini başa vurduqdan sonra İstanbul Kartal Təhsil və Araştırma Xəstəxanasının patoloji bölümündə arşdırmaçılığa başlayıb. Daha sonra Dokuz Eylül Universitetinin tibb fakültəsində oxuyarkən ABŞ-da diaqnostik radyoloji uzmanlıq dərəcəsi alıb. 2008-2010 illərdə Şanlıurfa Təhsil və Araştırma Xəstəxanasında mütəxəssis kimi çalışdıqdan sonra 2010-2012 illərdə İzmir Özel Kent Hastanesi Radyoloji və Girişimsel Radyoloji fakultəsində çalışıb. 2012-2013 ilində isə Antalyada “Varis-Son” klinikasını yaratmışdır. Dünyanın öndə gedən klinikalarından olan “Varis-Son” Azərbaycanda da kifayyət qədər tanınır.

P.S. Ömür Gencelə müraciət etmək istəyənlərin nəzərinə çatdırırq ki, o, VMR Medical Center-də fəaliyyət göstərəcək.
VMR Medical Center-in ünvanı: S.Vurğun küçəsi 137A , Maliyyə Nazirliyinə parallel, Türkiyə səfirliyinin qarşısı
Telefon: (055) 919- 11 -01, (077) 619 -11-01

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın