Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / 2400-ə yaxın erməni sülhməramlılardan kömək istədi

2400-ə yaxın erməni sülhməramlılardan kömək istədi

Qarabağda itkin düşən erməni hərbçilərlə bağlı 2392 nəfər Rusiya sülhməramlı qüvvələrinə müraciət edib. Onlardan 584-ü “Qaynar xətt”ə zəng edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.İtkin düşənlərin axtarışının Rusiya sülhməramlı kontingenti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan nümayəndələri ilə birlikdə aparıldığı qeyd olunub.

“Bütün müraciətlər məlumatlar bazasına daxil edilir və birgə axtarış qruplarına göndərilir”,- deyə məlumatda bildirilib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …