Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / 2016-cı ildə 109 gün iş olmayacaq

2016-cı ildə 109 gün iş olmayacaq

2016-cı ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a verilən məlumatda deyilir: “İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21, 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü) iş günü hesab edilmir.

Bundan başqa, 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir”.

Nazirlikdən verilən məlumata görə, 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.

Bir sözlə, gələn il 109 gün iş olmayacaq.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın