Ana səhifə / Siyasət / “1918-ci ildə Türkiyəyə gedən Rəsulzadənin həyata keçirilən islahatlardan xəbəri yox idi”

“1918-ci ildə Türkiyəyə gedən Rəsulzadənin həyata keçirilən islahatlardan xəbəri yox idi”

“1918-ci ilin sentyabrında Bakı şəhərinin erməni- bolşevik işğalından azad edilməsi Azərbaycanın tarixində ən mühüm hadisədir”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, 1917-ci ilin sonunda seçkiləri udmuş Azərbaycan müxalifət partiyaları hakimiyyəti menşevik eserlərlə yox, ən az səs toplamış bolşeviklərlə qurmağa razılıq verdi: “Bolşeviklər 2 aya 30 mindən çox azərbaycanlını qanına qəltan etdi. Bakını ələ keçirmiş Şaumyan, Çaparidze, Petrov və onların qulluqçuları Əzizbəyov, Vəzirov Leninlə danışıqlar aparıb  Bakını müstəqil bolşevik dövləti elan etmək istəyirdilər. Rus imperiyası özü və sonradan hakimiyyəti ələ keçirmiş Şaumyan vasitəsilə azərbaycanlıları Bakıdan qovmuş    azərbaycanlı əhalinin sayını 25 faizə endirmişdi. Azərbaycanın Bakını itirmək şansı çox yüksək idi. 1918-ci ilin mayında elan edilmiş müstəqil Azərbaycan dövləti türk qardaşların-Nuru Paşanın ordusunun köməyi ilə 1918-ci il sentyabrına qədər Bakını yaramaz bolşeviklər, ifrat millətçilər,  Şaumyan və başqalarından təmizlədi. Birinci Dünya müharibəsinin sülh müqaviləsinə əsasən Bakıda, ümumiyyətlə, Azərbaycanda idarəçiliyə nəzarət Böyük Britaniyaya verildi. Böyük Britaniya çox qısa müddətə yeganə leqitim olan Fətəli xan Xoyski hökumətini tanıdı və Bakını Azərbaycanın paytaxtı kimi qəbul etdi. Azərbaycanda iyunun əvvəlindən dekabra qədər Xoyskinin rəhbərliyi ilə bütün reformalar – bayrağın, himnin hazırlanması, təhsil sistemi, milli ordu quruculuğu, azad bazar iqtisadiyyatı istiqamətində addımlar atıldı. Keçirilən islahatlardan Məhəmməd Əmin Rəsulzadə və onunla birlikdə Türkiyəyə getmiş 10-dan çox parlament üzvünün heç bir xəbəri belə yox idi. Bir sözlə, 1919-cu ildə parlamentdə başlamış demoqogiya, hakimiyyəti ələ keçirmək üçün çirkin yollardan istifadə etmək və bolşevik rusiyasına satılmış azərbaycanlılar reformaları dondurdu və nəhayət 1920-ci il dövlət çevrilişinə nail oldu. XX  əsrin əvvəlində müstəqil Azərbaycanın fundamenti qoyuldu, hətta SSRİ-nin tərkibində belə kağızda müstəqilliyini itirmədi. 30 ildən sonra torpaqlarını 3 min şəhid verərək işğaldan azad edən Azərbaycan xalqı tarixin yeni səhifəsini yazılmağa başlamalıdır. Vəzifə Azərbaycan xalqının vətəndaşlarını zəngin insanlara çevirməkdir. Onun üçün fundamental reformalar etmək lazımdır. Təhsil, Səhiyyə, Maliyə ümumiyyətlə, bütün sahələrdə reformalar etmək lazımdır, seçkilər yolu ilə xalqın dövlətin idarəçiliyində rolunu qaldırmaq lazımdır”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …