Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / 15 yaşlı naxçıvanlıdan şok ixtira

15 yaşlı naxçıvanlıdan şok ixtira

Naxçıvanda 15 yaşlı İsmayıl Şirzadov kompüterdə “Mr.VOOL” adlı proqram yaradıb. Axar.az xəbər verir ki, texnologiyada son yenilik sayılacaq bu proqram dünya miqyasına çıxa bilər. İsmayıl AzərTac-a bildirib ki, hazırladığı “Mr.VOOL” proqramı internet istifadəçiləri üçün səsli axtarış imkanını təqdim edir:

“Məsələn, gün ərzində internetdə axtarış sistemləri vasitəsilə müxtəlif ünvanlar və sair axtarırıq. Yeni proqramda isə axtardığımız hər bir obyekti, sadəcə, bir dəfə səsləndirməklə tapa bilirik. Sadə bir izahat verim. Proqramı yüklədikdən sonra, deyək ki, “Chrome” brauzerini açmaq istəyirsiniz. Sadəcə, “Open Chrome” deyirsiniz, brauzer avtomatik olaraq açılır. Yaxud, “Yahoo”, “Google” axtarış sistemlərində hər hansı bir obyekti axtararkən axtardığınız obyektin ingiliscə adını söyləyirsiniz və həmin obyekt axtarış sistemində üzə çıxır”.

Gənc istedad qeyd edib ki, hər hansı bir proqramdan çıxmaq istədiyinizdə “Exit” sözünü deyirsiniz: “Proqram özü avtomatik olaraq bağlanır. Bundan əlavə, səslə kompüteri söndürmək və yenidən açmaq da mümkündür. Ümumiyyətlə, “Mr.VOOL” vasitəsilə kompüterdəki bütün proqramları, faylları, CD yerini açıb-bağlamaq olar. Hazırladığım proqramda ingiliscə əmrlərin tərtib olunmasına səbəb yaxın müddətdə onu dünya bazarına çıxarmaq istəyimlə bağlıdır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın