Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 vəkili olan namizədi… – Foto

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 vəkili olan namizədi… – Foto

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən Milli Məclis üzvlüyünə müstəqil namizəd, tanınmış yazar, Beynəlxalq ALAŞ Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı (Yolçuyev) vəkillər heyəti haqqında bilgiləri öz sosial media hesabında paylaşıb.

Namizədin vəkillər heyəti öz mötəbərliyi ilə seçilir. Əsas diqqət cəlb edən məqamlardan biri də, vəkillərin Vətən uğrunda və elm-mədəniyyət qarşısında xidmətləri olan tanınmış simalardan və perspektivli yeni nəsil ziyalılarından təşkil edilməsidir:

1) Vahid Quliyev, Azərbaycanın Milli Qəhrəmanı
2) Almaz Ülvi (Binnətova), Professor-doktor, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri
3) Çingiz Abbasov, Respublikanın fəxri auditoru
4) İbad Həmidoğlu (Məmmədov) – Müəllim
5) Əli Rza Xələfli, Şair-publisist, Rəsul Rza Mükafatı laureatı, “Kredo” qəzetinin baş redaktoru
6) Uğurlu Nadirov, Texnika elmləri üzrə fəlsəfə doktoru, AzTU-nun dosenti
7) Mübariz Hacıoğlu (Quliyev), Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini, Milli QHT Forumunun koordinatoru
8) Ceyhun Aşırov, SKAL Beynəlxalq Turizm Təşkilatının prezidenti, beynəlxalq turizm üzrə menecer
9) Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat katibi, “Xəyal Prodakşın”ın qurucusu
10) İntiqam Yaşar, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı, Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Gənclər Mükafatı laureatı

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …