Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / 11 milyonluq radar cərimələri haqda AÇIQLAMA

11 milyonluq radar cərimələri haqda AÇIQLAMA

Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında ödənilməyən cərimələrlə bağlı müvafiq tapşırıqlar verilib.

Azinforum.az xəbər verir ki, bunu “Yeni Müsavat”a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Şöbə rəisi ödənilməyən cərimələrin ümumilikdə 11 milyon manat olması haqda yayılan məlumatların real olmadığını da deyib: “Kollegiya iclasında ödənilməyən cərimə məbləğlərinin ödətdirilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıq verilib. Ödənməyən cərimə borcları 2 formadadır. Konkret qayda pozuntusu ilə bağlı elektron protokol yazılır, protokolda müvafiq cərimə məbləği də göstərilir. Amma müvafiq qərar çıxarılmayıb. Qərarın çıxarılmaması faktiki olaraq protokolun vətəndaşa təqdim edilməməsi ilə bağlı olur. Belədə qərar vermək mümkün olmur və müvafiq olaraq cərimənin ödənməsi də reallaşdırılmır. Belə hallar da var ki, protokol yazılıb, qərar çıxarılıb, amma vətəndaş cəriməni ödəməyib.

Ödənməyən cərimənin üzərinə dəbbə pulu da gəlir. Qərar çıxarılıbsa, vətəndaş həmin cəriməni ödəməlidir. Üstündən illər keçsə də, cərimə borc olaraq qalır. İnzibati xəta aşkarlanıbsa, protokolu vətəndaşa təqdim etmək mümkün olmayıbsa və müvafiq olaraq qərar çıxarılmayıbsa, həmin məbləğ də cərimə kimi hesaba alına bilər”.

K.Əliyev deyib ki, əgər vətəndaşı 1 il ərzində müəyyən edib protokolu ona təqdim etmək mümkün olmursa, bu halda inzibati xətaya xitam verilir: “Əgər protokol vətəndaşa təqdim olunursa və 10 gün müddətində cərimə ödənilmirsə, cərimənin üzərinə dəbbə pulu gəlir. 2 ay müddətinə cərimə ödənilmirsə, avtomobilin saxlanılaraq duracağa aparılması təmin edilir. 3 aya cərimə ödənilmirsə, vətəndaşın sürücülük hüququ məhdudlaşdırılır”.

K.Əliyev deyib ki, təkcə fiziki şəxslərlə bağlı deyil, hüquqi şəxslərlə bağlı da müvafiq göstəriş verilib: “Cənab nazir fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq əgər qayda pozubsa, məsuliyyətə cəlb olunması və çıxarılan qərar üzrə cərimənin ödənməsinin təmin edilməsi haqda göstəriş verib”.

Qeyd edək ki, aprelin 16-da Daxili İşlər Nazirliyində “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi”nin və “I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın