Ana səhifə / Siyasət / “100 manatla nə qədər istəsən dincələ bilirsən” – Gürcüstanda dincələn Əhəd Abıyev

“100 manatla nə qədər istəsən dincələ bilirsən” – Gürcüstanda dincələn Əhəd Abıyev

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məzuniyyətə çıxıb.
Ə.Abıyev “Ölkə.Az”-a açıqlamasında məzuniyyətini qonşu Gürcüstanda keçirdiyini bildirib.
İcra başçısı artıq 4 gündür ki, məzuniyyətdə olduğunu deyib:
“Hazırda Gürcüstanın Borjomi şəhərində istirahət edirəm. Hamı kimi, sadə bir yerdə özüm üçün istirahət edirəm. Daha dəbdəbəli yerə gəlməmişəm. Gürcüstan yaxın və qiymətlər ucuz olduğu üçün bura gəlmişəm. Burada bir neçə gün dincəldikdən sonra Azərbaycana qayıdacam. Çox sevindirici haldır ki, xeyli sayda soydaşımız da Gürcüstanda istirahət edir. Daşkəsənin yarıdan çoxu buradadır. Mən bu qədər də bilməzdim. Bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır. Yəqin ki, Gürcüstan ucuz ölkə olduğu üçün insanlar bura daha çox gedirlər. Belə də ki, Gürcüstana getmək üçün benzin pulun olsa, bəs edir! Gürcüstanda 100 manatla nə qədər istəsən dincələ bilirsən. Özü də indi orucluq dövrüdür, insanların çoxu spirtli içki içmirlər. Mən özüm də bura gələndən bəri çörək yemirəm, ancaq su içirəm. Azərbaycana gələndə özümlə su da gətirəcəm”.
Ə.Abıyev iyunun 15-də Azərbaycanda olacağını söyləyib.
İcra başçısı həmçinin qeyd edib ki, bu il Daşkəsənə intensiv dolu yağışları yağdığı üçün turizmin inkişafına bəzi əngəllər yaradıb:
“Daşkəsənə hər gün leysan yağır. Heç bilmirsən ki, hava şəraiti niyə görə belə davam edir. Leysan yağışları rayonumuza da ciddi ziyan vurub, xeyli sayda toyuq-cücə tələf olub, əhaliyə ziyan dəyib”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın