Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət /  5 rayonun icra başçısı yola salınır – Əsasən, Fazil Məmmədovun kadrları “vurulur”…

 5 rayonun icra başçısı yola salınır – Əsasən, Fazil Məmmədovun kadrları “vurulur”…

DİA.AZ: – Yaxın vaxtlarda 5 rayonun icra hakimiyyətlərinin başçısı postlarında dəyişiklik baş tutacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə dia.az-a açıqlamasında iddia edir ki, rəhbər dəyişikliyi gözlənilən rayonlar aşağıdakılardır:

1. Binəqədi;
2. Gədəbəy;
3. Şəmkir;
4. Qazax;
5. Biləsuvar.

Siyahıdan da göründüyü kimi, rəhbər dəyişikliyi gözlənilən RİH-lərin əksəriyyətinə keçmiş Vergilər Nazirliyi Fazil Məmmədova yaxın fiqurlar rəhbərlik edir. Bu isə “təmizləmə” əməliyyatının əslində məmmədovçulara şamil olunduğunu təsdiqləyir. Mənbə dia.az-a onu da bildirib ki, seçkilərə qədər baş tutacaq dəyişiklik prosesində, ümumi olaraq 20-yə yaxın RİH başçısının görəvdən birdəfəlik alınması nəzərdə tutulur: “Yalnız bəziləri təkrarən vəzifəyə təyin olunacaqlar”.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …