Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / ​“Aztelekom“ məhkəməyə müraciət etdi

​“Aztelekom“ məhkəməyə müraciət etdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi (İB) “SST Mühəndislik və Maşınqayırma” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
Azinforum.az-ın Reporta istinadən verdiyi xəbərə görə, “Aztelekom” MMC-dən maddi ziyanın ödənilməsini tələb edir.
İddia olunan maddi ziyanın məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, “Aztelekom” 1992-ci ilin avqust ayında yaradılıb.
Bakıda fəaliyyət göstərən “SST Mühəndislik və Maşınqayırma” şirkəti sənaye və istehsal, maşınqayırma, tikinti, təmir və təkmilləşdirilmə, mühəndislik xidmətləri və tikinti layihələri ilə məşğul olur.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın