“Ermənistan Azərbaycana uduzmadı, yalnız siyasi düşüncə infantilizmi səbəbindən bu məğlubiyyəti öz üzərinə götürdü.”
Bu fikirlər, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Ilur.am saytında dərc olunan məqaləsindəndir. Eks-prezident erməni ordusunun darmadağını ilə nəticələnən müharibədə buraxılan səhvlərdən danışıb və bütün bunlarda baş nazir Nikol Paşinyanı günahkar hesab edib.Ter-Petrosyana görə:”1997-ci ildən bəri, Erməni Milli Hərəkatı istisna olmaqla, Ermənistandakı bütün tərəflər, kompramis həll yolu üçün bütün əlverişli şərtlərdən imtina ediblər.Hakimiyyəti güc yolu ilə ələ keçirən Qarabağ klanı status-kvonun qorunub saxlanması üçün dağıdıcı yol seçdi.Məğlubiyyətdə hamı məsuliyyət daşıyır.Mən bura politoloqları, analitikləri, jurnalistləri, alimləri, universitet müəllimlərini, diasporanın praktik olaraq bütün milli strukturlarındakı liderlərini aid edirəm.Bütün erməni ziyalıları xalqın hazırkı durumuna görə məsuliyyət daşıyır.”.
Erməni xalqına gəlincə,Ter-Petrosyan adı çəkilən qüvvələrin adından çıxış etdiyini vurğulayır.Erməni siyasət adamının fikirncə ölkədə fikirlərini bəyənməyənlər onu laqeydlikdə günahlandırırlar:
“Xalq bunu birdəfəlik başa düşməlidir ki,başımıza gələn fəlakətdə qətiyyən günahkar deyilik .Üstəlik, bu fəlakətin nəticələrinin birbaşa və yeganə daşıyıcısı məhz erməni xalqıdır. Sadəcə xalqın qarşısında hər birimiz baş əyməliyik, onlar Artsaxın azadlığı naminə böyük itkilər və qurbanlar veriblər. Hakimiyyət və siyasi dairələrin haqsız tənqidlərinə baxmayaraq, məğlubiyyətdə ordunu qətiyyən günahkar hesab etmək olmaz.Dövlətin cinayətkar siyasəti nəticəsində erməni əsgəri özündən qat-qat güclü, müasir silahlarla silahlanmış, dəfələrlə bizdən üstün düşmənlə döyüşməyə məcbur oldu. Və sona qədər vətəni qarşısında borcunu fədakarlıqla yerinə yetirdi ”-deyə Ter-Petrosyan məqaləsində yazıb.Onun fikrincə, yuxarıda göstərilənlərin hamısı ondan ibarətdir ki, əslində biz Azərbaycana məğlub olmadıq, əksinə siyasi düşüncə infantilizmi sayəsində bu məğlubiyyəti üzərimizə götürdük:“Bu və ya digər şəkildə, bütün bunlar onsuz da tarixdir. Ancaq məsələ tarixdən hansı dərsləri götürməmizdədir. Təssüf ki, həm Ermənistanda, həm də diasporada müharibədən sonrakı ritorika yenə də xarici aləmdən dəstək, Azərbaycan və Türkiyəyə qarşı intiqam çağırışları ilə doludur.Əgər belə davam edərsə xalqımız daha ciddi itkilər və məyusluqlarla üzləşə bilər.”
Növbnədənkənar seçkilər öncəsi öz maraqları naminə yeni-yeni hiylələr işləyib hazırlayan bu məkirli siyasət adamı özünü xalqa süddən çıxmış ağ qaşıq kimi göstərmək niyyətindədir.Əslində bu gün Ermənistanda Paşinyan-Koçaryan qarşıdurmasından faydalanmağa çalışan Ter-Petrosyanın bu cür siyasi xodlar hesabına nəyəsə nail olması inandırıcı deyil.Kilsədəki müqqədəs adamlar təsiri bağışlayan,1-ci Qarabağ müharibəsində əli minlərlə dinc azərbaycanlının qanına batan Ter-Petrosyan xalqı çaşdırmağa yönələn məqalələri hələ çox yazacaq.Daha doğrusu belə məqalələr çoxdan yazılıb,indi yavaş-yavaş onları mətbuata ötürür.Görək növbəti məqaləsində nələrdən bəhs edəcək?
Bakuexo.az