Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Əsgərə göndərilən milyonlar başqa ciblərə getdi” – Erməni deputat

“Əsgərə göndərilən milyonlar başqa ciblərə getdi” – Erməni deputat

Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan Soros fonduna məktub yazıb.

O, müəmmalı maliyyə məsələlərinə aydınlıq gətirmək üçün belə addım atdığını deyib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, müharibədən sonra əsgərlər üçün “Hayastan” ümumerməni fonduna külli miqdarda ianə köçürmələrlə bağlı ziddiyyətli məqamlar aşkarlanıb. Zöhrabyan erməni diasporlarından bu xətlə orduya yardım üçün 52 milyard 700 milyon dramın hökumətə köçürülməsi barədə yayılan xəbəri araşdırmaq istəyib. O, Soros fonduna rəsmi məktubla müraciət ünvanlayıb və xahiş edib ki, rəhbərlik qəyyumlar şurasının iclas protokolunu və sözügedən məsələlərlə bağlı müəyyən razılıqları təsdiqləyən imzaları ona təqdim etsin:

“Cavab olaraq Sorosun direktorundan heç nəyi izah etməyən bir dəstə söz yığını aldım. Aydın olmadı ki, hər bir erməninin diaspor xətti ilə göndərdiyi pullar zirehli geyim və digər hərbi məsələlərə çatıb, ya yox. Sən demə, bu pullar başqa istiqamətlərə yönəlib, başqa ciblərə qoyulub. “Hayastan” ümumerməni fondunun qəyyumlar şurasının sədri Ermənistan pezidenti Armen Sarkisyan olduğundan, bu cinayət hekayəsinin beynəlxalq səviyyədə hansı nəticələrə gətirib çıxaracağını yaxşı başa düşdü və həqiqətən nələrin baş verdiyini öyrənməyə çalışıb”.

Deputat, həmçinin qeyd edib ki, dünən Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da nələrin baş verməsini və bəzi anlaşılmaz qərarlarla 52 milyard 700 milyon dramın dövlət büdcəsinə necə köçürüldüyünü izah edib və büdcədən o pulların hara getdiyi aydın deyil.

Zöhrabyan baş nazir Nikol Paşinyanın ordu üçün ayrılan pulları istədiyi kimi xərclədiyini sözlərinə əlavə edib:

“Budur, reallıq əziz erməni diasporu. Bir erməni əsgərinin həyatını xilas etmək və müharibədə qalib gəlmək üçün sevgi və fədakarlıqla pul göndərdiniz və xain bu pulu maliyyə nazirinin dediyi kimi “büdcə məsələlərinə uyğun xərcləmək üçün” birbaşa büdcəyə köçürdü”.

Azvision.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …