Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Əsəd Cahangir işdən çıxarılıb?

Əsəd Cahangir işdən çıxarılıb?

Əsəd Cahangir “Azərbaycan” jurnalının baş redaktorunun müavini vəzifəsindən azad edilib. Bu barədə Kulisə AYB daxili mənbələrdən məlumat verilib.

Bildirilib ki, buna səbəb Əsəd Cahangirlə jurnalın baş redaktoru İntiqam Qasımzadə arasındakı münaqişələr olub.

Xəbəri AYB-dən rəsmi şəkildə təsdiq etdirmək mümkün olmayıb, Əsəd Cahangir isə məsələdən xəbərsiz olduğunu bildirib.

Jurnalın baş redaktoru İntiqam Qasımzadə Əsəd Cahangir tərəfindən iki dəfə təhqir olunduğunu və onunla bağlı katibliyə şikayət etdiyini bildirib: “Amma şikayətin nəticəsi ilə bağlı məlumatım yoxdur.”

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın