Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına – Sərt reaksiya

Ərdoğandan İmamoğlunun “hər şey çox gözəl olacaq” şüarına – Sərt reaksiya

Türkiyə prezidenti Taksim Meydanında ənənəvi Bəyoğlu iftarında sakinlərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, tramvayda gedərkən Türkiyə liderinə “Hər şey çox gözəl olacaq” deyən bir vətəndaşa “daha gözəl olacaq” cavabını verib. 

Ərdoğan çıxışı zamanı Fənərbağça-Akhisarspor matçı öncəsi tribunalarda səsləndirilən “Hər şey çox gözəl olacaq” şüarlarına da sərt reaksiya verib: “Bu stadionları biz tikdirdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısı qeydə alınır”.  

Türkiyə prezidenti bu şüarla Əkrəm İmamoğluna dəstək verən sənətçilərlə bağlı isə “Sənətçi sənəti ilə danışar, bu cür insanlara yaltaqlıq etməz” sözlərini işlədib. 


Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …