Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Ərdoğan: “Ukraynadakı müharibə Qərbin bacarıqsızlığını ifşa etdi”

Ərdoğan: “Ukraynadakı müharibə Qərbin bacarıqsızlığını ifşa etdi”

“Rusiya-Ukrayna müharibəsi bəzi Qərb ölkələri və təşkilatlarının bacarıqsızlığını ifşa etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, hələ bir neçə il əvvəldən başlayaraq dəfələrlə “dünya beşdən böyükdür” (BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə – ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya) bəyanatını səsləndirib və hazırda baş verən proseslər bunu bir daha təsdiqləyir: “Rusiya Prezidenti Vladimir Putinlə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə, BMT Baş katibi Antoni Quterreşlə müzakirələrimiz və balanslı siyasətimiz davam edir”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …