Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ərdoğan böyük marağa səbəb olan fotodan danışdı

Ərdoğan böyük marağa səbəb olan fotodan danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən və ictimaiyyətin böyük marağına səbəb olan fotoşəkillə bağlı açıqlamalar verib.

Türkiyə mətbuat xəbər verir ki, Şanxaydan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan sözügedən fotoyla bağlı, “yaxşı xatirə” idi deyib.

Jurnalistin “Sammitdə bir fotoşəkil çıxdı. Türkiyə bu fotodan danışır. Şəkildən gördüyümüz qədərilə siz nəsə deyirsiniz, digər liderlər isə sizi dinləyir. Sanki birdən onların hamısına müraciət edirsiniz. Bu an necə yarandı? Siz o an nə danışırdınız?” sualına Ərdoğan belə cavab verib: İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi. Əksəriyyəti rus dilini bildiyi üçün tərcüməçi bizim danışdıqlarımızı rus dilinə tərcümə edirdi. Təbii ki, onların hamısı bizim ordakı söhbətimizdən çox həzz aldılar. Yaxşı xatirə idi”.

Daha sonra jurnalist sosial şəbəkələrdə bu fotoyla bağlı “Masa belə qurulur” və “Digər masada əyləşənlər dağılışa bilərlər” kimi, fikirlər səsləndirildiyini bildirib.

Türkiyə lideri isə bu fikirlərə “Amma bilirsiniz, bizimki altı nəfərlik masa deyil” cavabını verib.

AzPolitika.info

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …