Ana səhifə / Siyasət / “Ən yaxşı vəziyyət Azərbaycandadır” – Rəsul Quliyev

“Ən yaxşı vəziyyət Azərbaycandadır” – Rəsul Quliyev

“Koronavirus yüksək yayılma sürəti ilə o biri viruslardan fərqlənir. Bir xəstənin eyni zamanda 5-6 nəfəri yoluxdurması və xəstələrin sayının böyük sürətlə artması hökumətləri karantin rejimləri tətbiq etməyə vadar edir və nəticədə zavod, fabriklər, təhsil ocaqları ümumiyyətlə hər şey dayandırılır iqtisadiyyat və finans dağılmağa başlayır”.

Bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, buna görə hökumətlərdən koronavirusun yayılmasının qarşısını almaqla yanaşı iqtisadiyyatın dağılmasının qarşısını almaq üçün karantin rejimlərində çevik siyasət aparmaq tələb olunur.

“Hansı ölkədə vəziyyətin necə olması ancaq müqayisə yolu ilə müəyyənləşdirilə bilər. Azərbaycanda vəziyyətin necə olmasını təyin etmək üçün onu təqribən əhalisi 10 milyon olan iki ölkə ilə müqayisə edək.

Çexiyada xəstələrin sayı 10361, ölənlərin sayı 365 başqa sözlə xəstələnlərin 3.23 faizidir. Ölkədə 514 min nəfər testdən keçib.

Avstriyada xəstələrin sayı 17.271, ölənlər 688, yəni 4 faiz. 552 min test keçirilib.

Azərbaycanda xəstələrin sayı 11.767, ölənlər 143, başqa sözlə 1.2 faiz.  404 min test keçirilib.

Bir ölkənin də müqayisə üçün qonşumuzdakı vəziyyəti də göstərək. Ermənistanda xəstələrin sayı 19157, ölənlər 319 nəfər, faizlə 1.7 və cəmi 90 min test keçirilib.

Yuxarıdakı rəqəmlər ən yaxşı vəziyyətin Azərbaycanda olduğunu göstərir. Avstriya və Çexiya ölkələrini həm turistlər üçün açıblar, həmdə təsərrüfat və servis sahələri fəaliyyət göstərir. Yəni normal həyata qayıtmağın astanasındadırlar.

Ümumiyyətlə Azərbaycan antivirus (vaksin və ya dərman ) tapılmayana qədər virusun yayılmasına imkan verməməli və paralel iqtisadiyatın hərəkətə gəlməsini təmin etməlidir. Yəni virusun aclıq kimi xaosa çevrilməsinə imkan verməməlidir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …