Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ən yalançı siyasətçilər – SİYAHI

Ən yalançı siyasətçilər – SİYAHI

Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdğan ən yalançı siyasətçilərin siyahısında ilk üçlükdədirlər.
Modern.az saytı bildirir ki, bu versiyanı Almaniyanın “Alles Schall und Rauch” nəşrinin oxucuları irəli sürüblər.

2015-ci ilə yekun vuran “Alles Schall und Rauch” qeyri-adi sorğu keçirmək niyyətinə gəlib. Nəşr oxucularına siyasətçilər arasında səsvermə ilə ilin ən böyk yalançısı və kimlərin bəyanatlarının onlarda şübhə doğurmadığını müəyyənləşdirməyi təklif edib. Siyahıya dünya siyasi liderlərindən 10 namizəd daxil edilib. Səsvermədə 40 ölkədən 3 mindən çox adam iştirak edib.

Nəticədə “ən başlıca yalançı” kimi kansler Merkel tanınıb. O, səsvermə zamanı siyahıdakıları geridə qoyaraq 39 faiz səs toplayıb.

ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da oxucuların etimadını qazanmayıblar. Onlar reytinqdə 21 və 18 faiz səslə ikinci və üçüncü yerləri bölüşürlər.

İlk beşlikdə İsrailin baş naziri Benyamin Netanyahu və Ukrayna prezidenti Pyotr Poroşenko da var.

Sorğunun nəticəsini analiz edən alman nəşri ironiya ilə qeyd edir ki, görünür məhz Almaniyanın liderinə insanların etimadının çox olmaması onu “Time” jurnalının versiyasına görə “ilin adamı” adını qazanması ilə nəticələnib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın