Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Əminəm ki, əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracağıq”

“Əminəm ki, əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracağıq”

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.

1918-ci il ölkələrimiz üçün xüsusi tarixdir. Belə ki, 104 il əvvəl Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqillik əldə edərək, öz qarşılarına güclü və azad dövlət qurmaq məqsədi qoydular. Bu fürsətdən istifadə edərək, Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm.

Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir. Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, birgə səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq, həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.

Zati-aliləri, bir daha Sizə dərin ehtiramımı çatdırır, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …