Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Əməlli-başlı alver gedir” – Məşhur YAP-çı

“Əməlli-başlı alver gedir” – Məşhur YAP-çı

“Sabah – fevralın 2-də Gənclər Günüdür. Gənclərimizi təbrik edir, eyni zamanda bir neçə dəfə səsləndirdiyim fikrimə yenidən qayıtmaq istəyirəm.

Mən bu qənaətdəyəm və əminəm ki, gənclər bayramının vaxtını dəyişib mayın 10-na, Heydər Əliyevin doğum gününə təyin etmək çox faydalı bir addım olardı”. 

Belə bir təkliflə sabiq deputat, tanınmış YAP-çı Alqış Həsənoğlu çıxış edib. 

O, təklifini belə əsaslandırıb: “Bu artıq hər kəsə bəlli bir faktdır ki, Ulu Öndərimizin ad günü ərəfəsində bir qrup fürsətkeş xüsusi fəallıq göstərir. Əməlli-başlı alver gedir. Cox təəssüf ki, bəzi rəsmi təsisatlar da bu prosesə qoşulur. Məsələn, ilk baxışda ideoloji iş görürlər. Müxtəlif təmtəraqlı adlar ilə, guya Heydər Əliyevın fəaliyyətinə həsr olumuş kitablar çap olunur. Və kitablar ətrafına elmi praktik konfranslar elan olunur. Toplantılar keçirilir və sair.

Bir dəfə çox ciddi mövqeyi olan bir siyasi qurumun nəşr etdiyi belə bir ktaba göz gəzdirdim. Gördüklərimdən dəhşətə gəldim… Detallara varmadan deyim ki, bu təbliğat deyil, ideologiya deyil, açıq-aşkar həqarətdir (Kim istəsə, hansı detallardan söhbət getdiyini deyə bilərəm. Sadəcə həmın rüsvayçı məqamları ictimailəşdirmək istəmrəm).

Cənab Prezident BDU-nun 100 illik yubileyində haqlı olaraq ideoloji işə yenidən baxmağın vacibliyini vurğulamışdı. Hazırda problem bütün parametrləriylə aktual olaraq qalır. Təbii ki, Heydər Əliyev şəxsiyyətinə dürüst, vicdanlı yanaşma yeni ideoloji işin əsas istiqamətlərindən birincisi olmalıdır. Etiraf etməliyik ki, bu gün konyuktur münasibət Heydər Əliyev fenomeninin dərk və təbliğ edlməsində böyük bir əngələ çevrilib…

Zənnimcə, Heydər Əliyevlə bağlı tədbirləri bürokratik cərçivədən çıxarmağın tam zamanıdır. Mayın 10-nunu Azərbaycan gəncliyinə əmanət etmək ən məqbul bir qərar olardı. 

Heydər Əliyev və gənclik. 

Yalnız bu vəhdətin mükəmməlliyi Azərbaycan dövlətçiliyinin gələcəyinə təminat verə bilər. Həm də Heydər Əliyevin doğum günündən sui-istifadə edənlərin bazarı bağlanar…”. Yenisabah.az

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …