Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Əməkdar artistdən oğlu ilə bağlı ŞOK FAKT

Əməkdar artistdən oğlu ilə bağlı ŞOK FAKT

Xalq artisti, tanınmış aktrisa Kubra Əliyeva həbsxanada dünyasını dəyişən 46 yaşlı oğlunu xatırlayaraq göz yaşı töküb.

 

Publika.az xəbər verir ki, aktrisa “Space” televiziyasının efirində oğlu ilə bağlı heç yerdə dilə gətirmədiyi fikirləri səsləndirib:

 

“Bir neçə televiziya proqramında ekspert kimi öz məsləhətlərimi verirəm. Bir dəfə bir qadın mənə yaxınlaşıb soruşdu ki, hamıya məsləhət verirsən, bəs öz oğlun narkotikə qurşananda niyə məsləhət vermədin?

 

Mən üç övladımın üçünə də eyni tərbiyə vermişəm. Rauf narkotikə 1992-ci illərdə qurşandı. Elə bilirdilər ki, qudurğanlıqdan belə edir, guya mənim pulum çoxdur. Mən heç vaxt varlı olmamışam. Onu Danimarkaya təhsil almağa göndərmişdim. Beş il sonra yanıma qayıdanda başqa insana çevrildiyini gördüm.

 

Ona görə çox utanırdım, amma onu bu yoldan qaytara bilmirdim. Hətta oğlumdan o qədər incimişdim ki, onun ölümünü arzulayırdım. Həbsxanada ona dedim ki, sənin yerin elə buradır, ancaq mən anayam. Heç vaxt onun arxasından çəkilmədim. Allaha yalvarırdım ki, məni ondan bir gün sonra öldürsün, çünki ona məndən başqa heç kimin kömək etməcəyini bilirdim”.

 

Aktrisa oğlunun son sözlərini göz yaşı içində xatırlayıb:

 

“Hər zaman onun yanında olsam da, mənim yanımda ölmədi. Bir gün qabaq vəziyyəti pis idi, üzünü yana çevirdi və dedi: “Kaş ki, zamanı geri qaytara biləydik… Sən mənə həyat verdin, ancaq mən sənin həyatını alt-üst etdim”.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın