Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan

Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan

Ermənistan baş naziri və Azərbaycan prezidenti Tacikistan paytaxtı Düşənbədə MDB sammitində iclası zamanı söhbət edib. 

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

“Düşənbədə mənim və Azərbaycan prezidenti İlham Əliyev arasında söhbət baş tutdu. Ətraflı Yerevana qayıtdıqdan sonra danışacağam”, — deyə Paşinyan yazıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan video görüntülərdə Əliyev və Paşinyan MDB dövlət başçılarının liderlərinin birgə foto çəkdirmə mərasimində yanbayan dayanıb. Daha sonra Paşinyan Azərbaycan prezidentinə müraciət edir, daha sonra isə onlar qısa söhbət edirlər.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …