Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Əliyevin sözlərindən sonra Xankəndidəki ermənilər nəyi qəbul etdi?

Əliyevin sözlərindən sonra Xankəndidəki ermənilər nəyi qəbul etdi?

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi üzərində iş getdiyi və Qarabağa heç bir statusun verilməyəcəyi haqda son çıxışında dediyi fikirlərdən sonra Xankəndidəki ermənilər “hər şeyin bitdiyini” hesab edirlər.

Xankəndidəki separatçı “parlamentin” keçmiş “deputatı” Arzik Mkitaryan mövcud vəziyyəti belə təsvir edir:

– Ermənistan-Azərbaycan sərhədinin gündəmdə olduğu vaxt Qarabağ məsələsindən söhbət gedə bilməz, Bakı bu ərazilərin Azərbaycana məxsus olduğunu davamlı olaraq söyləyir, Ermənistandan isə heç bir reaksiya görmürük;

– Bu gün “Artsax”ın (Qarabağ) sərhədləri yoxdur, Azərbaycanın hərbi karvanı “Artsax”dan keçib, Kəlbəcərə gəlir, erməni əhalinin gözləri önündən keçib Şuşaya yük daşıyırlar, bu onu təsdiqləyir ki, artıq Qarabağda bizim sərhədimiz yoxdur;

– Ermənistanda da artıq bizim gələcəyimiz gündəmdə deyil;

– Əhali problemlər içindədir və heç kim kömək etmir;

Erməni mənbələrin Xankəndidə baş verənlərlə bağlı daha bir informasiyası diqqət çəkir. Məlumatlara görə, baş separatçı Araik Arutyunyan “hərbçilərlə” görüşərək, “ordu”nun ixtisara salınması məsələsini müzakirə edib.

Azərbaycan Ordusu isə son bir həftədə iki dəfə anti-terror əməliyyatının məşqini edib.

Asif Nərimanlı

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …